Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:16

Bəzi yerlərdə intensiv yağış gözlənir


Yağış

Aprelin 23-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənir. Gecə yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi, axşam onun mülayimləşəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, aprelin 23-də Abşeronda gecə 5-7, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da aprelin 23-də fasilələrlə yağış yağacağı, bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə 3-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG