Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:39

Ermənistanın keçmiş deputatı Rusiyada həbs olundu


Migran Pogosian

Ermənistan Milli Assambleyasının keçmiş deputatı Migran Pogosian Kareliya Respublikasında aşkarlanaraq Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanıb. Pogosian həm də Məhkəmə aktlarının məcburi icrası xidmətinin (MAMİX) keçmiş rəhbəri olub.

Xüsusi İstintaq Xidmətinin (XİX) mətbuat katibi Marina Oganjanian Azatutyun radiosuna deyib ki, hazırda keçmiş rəsminin Ermənistana ekstradisiyası məsələsinə baxılır.

Bundan öncə Migran Pogosian-ın ofisi bəyan etmişdi ki, özünün Moskvadakı ünvanı barədə Ermənistanın hüquq-mühafizə orqanlarını bilgiləndirib.

İttihamlar

Keçmiş deputat xüsusi böyük həcmdə dövlət vəsaitinin mənimsənilməsində, vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunur.

XİX-in məlumatına görə, Pogosian 2011-ci ildə Panamada ofşor zonada iki şirkət yaradıb, həmin şirkətlər daha sonra Ermənistanda “Best reality” adlı kompaniya qurub. Sonuncu isə 2014-2016-cı illərdə Pogosian-ın rəhbəri olduğu idarəyə daşınar və daşınmaz əmlakın dəyərləndirilməsi üzrə xidmət göstərib, 43 milyon dram əldə edib.

Bunda başqa bildirilir ki, Pogosian 2008-ci il iyunun 11-dən MAMİX rəisi keçəndən özünün şəxsi mühafizəçisi və sürücüsünü bu qurumda vəzifələrə təyin edib. Onlar faktiki olaraq, onun şəxsi tapşırıqlarını yerinə yetirib, ancaq dövlət büdcəsindən maaş alıblar.

Pogosian-ın özünün idarə etdiyi təşkilatlarla MAMİX arasında xidmət müqavilələri imzaladığı qeyd olunur.

2016-cı ilin mayında “Hetk” nəşri Pogosian-ın ofşor fəaliyyəti haqda geniş araşdırma dərc edir. Cinayət işi açılsa da, 2017-ci ilin yanvarında cinayət tərkibinin olmaması əsas gətirilərək dayandırılır.

O zaman Pogosian özünə qarşı ittihamları anlaşılmazlıq, araşdırma müəllifi Edik Bagdasarian isə işin bağlanmasını siyasi qərar adlandırmışdı.

Bu ilin yanvarında XİX ofşorlarla bağlı cinayət işi üzrə təhqiqatı bərpa elədi. Migran Pogosian dindirilməyə çağırıldı, ancaq xaricdə olduğunu deyərək getmədi.

XİX aprelin 10-da bildirib ki, Pogosian dindirilməyə hazır olduğunu deyib. Aprelin 15-də XİX keçmiş deputatın işdə təqsirləndirilən olduğunu elan etdi.

Yerevan məhkəməsi XİX-in Pogosian-ın həbsilə bağlı vəsatətini təmin etmişdi. Onun Ermənistandakı evində axtarış aparılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG