Keçid linkləri

Təcili xəbərlər
2019, 20 May, Bazar ertəsi, Bakı vaxtı 20:53

Khamenei İİKK-na yeni rəhbər təyin edir


Hossein Salami

İranın Ali dini lideri Ayətulla Ali Khamenei elit İslam İnqilab Keşikçiləri Korpusuna (İİKK) yeni komandir təyin edib. Bundan cəmi bir neçə gün öncə Birləşmiş Ştatlar bu korpusu xarici terrorçu təşkilat elan edib.

İran dövlət mediasının aprelin 21-də yaydığı xəbərə görə, Khamenei General Hossein Salami-ni İİKK-nın yeni rəhbəri təyin edib. 11 il idi bu hərbi qüvvələrə Mohammad Ali Jafari rəhbərlik edirdi.

59 yaşlı Salami İİKK-nın komandir müavini idi.

Dövlət mediası Khamenei-nin qərarının səbəbini izah etməyib.

ABŞ Prezidenti Donald Trump aprelin 8-də İİKK-nı terrorçu təşkilat elan edib. İran bu görünməmiş addımı pisləyib.

Tehran isə buna cavab olaraq ABŞ ordusunun Mərkəzi Komandanlığını terrorçu təşkilat elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG