Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:00

ABŞ səfiri Dağlıq Qarabağ müzakirələrindən danışdı


Earle Litzenberger, ABŞ-ın Azərbaycandakı səfiri

“Ümid edirəm ki, nazirlər Dağlıq Qarabağ üzrə danışıqları davam etdirəcəklər”

Bunu Amerika Birləşmiş Ştatlarının ( ABŞ) Azərbaycandakı səfir Örl Litzenberqer aprelin 20-də Bakıda təhəsillə bağlı sərginin açılışnda deyib.

Səgri ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi və bu ölkənin Təhsil Şurasinin təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetondəki Amerika Mərkəzində təşkil edilib.

Səfir Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşünü şərh edərkən həmin fikirləri dilə gətirib.

O, bunun tarixi barədə dəqiq məlumat verə bilməyəcəyini deyərək aprelin 15-də Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasındakı görüşü müsbət qiymətləndirib.

“ATƏT-in Minsk qrupu həmsədrlərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün danışıqların davam etdirilməsidir”, - deyə səfir vurğulayıb.

Aprelin 15-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənitsan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında Moskvada görüş keçirilib.

Görüşdən sonra Azərbbaycan Xarici İşlər Nazirliyi ( XİN) bildirilib ki, nazirlər görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə başlıca məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. Bu xüsusda, bu ilin martın 29-da Vyanada baş tutmuş Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin görüşünün nəticələri nəzərə alınmaqla, münaqişə üzrə danışıqlar prosesinin irəli aparılması perspektivləri nəzərdən keçirilib:

"Görüşdə həmçinin münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, habelə humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb. Nazirlər kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər".

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. Bölgədə hərbi münaqişələr baş verib. 1994-cü ildə atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədrləridir.

Multimedia

XS
SM
MD
LG