Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 02:30

Serbiya prezidentinin tərəfdarları yürüş keçirəcək


Belqradda etirazlar, 13 aprel, 2019-cu il

Serbiya Prezidenti Aleksandar Vucic-in tərəfdarları paytaxt Belqradda yürüş edəcəklər.

Bu gün – aprelin 19-na gözlənən prezidentə dəstək aksiyasının miqyası hələlik, bəlli deyil.

Artıq bir neçə həftədir ölkədə hökumətin əleyhinə etirazlar keçirilir. Təxminən bir həftə öncə müxalifət qüvvələri böyük nümayişə çıxmışdılar.

Dekabrdan ölkə müxalifəti küçələrə çıxır, Vucic-in avtokratik idarəçiliyinə, mətbuat artan təzyiqlərinə, ölkədəki digər problemlərə etiraz etdiklərini deyirlər.

Nümayişlər dekabrda solçi müxalifət lideri Borko Stefanovic maskalı şəxslər tərəfindən döyüldükdən sonra başlanmışdı.

Millətçi Vucic özünü həm Avropa Birliyinə meyllənən islahatçı kimi təqdim edir, həm də ənənəvi müttəfiqi Rusiyayla yaxşı münasibət saxlamağa çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG