Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:55

Səudiyyəli bacılar Gürcüstana sığınıblar – Qərb mediası


Səudiyyədə qadınlar
Səudiyyədə qadınlar

Səudiyyə Ərəbistanından iki bacı Gürcüstana sığınacaq dünya ictimaiyyətindən kömək istəyib.​

“GürcüstanBacılar” adlı yeni Twitter hesabında qızlar özlərini 28 yaşlı Maha al-Subaie və 25 yaşlı Wafa al-Subaie kimi təqdim edirlər. İndiyədək ultra-mühafizəkar krallıqdan qaçaraq sosial media vasitəsilə sığınacaq istəmiş digər səudiyyəli qadınlar kimi onlar da kimliklərini təsdiqləməkdən ötrü pasportlarının surətlərini də yerləşdiriblər.

Bacılar təhlükədə olduqlarını iddia edirlər. Deyirlər ki, onları zorla Səudiyyə Ərəbistanına qaytararlarsa, öldürüləcəklər. Demələrinə görə, ataları və qardaşları Gürcüstana gəlib onları axtarır. Wafa “ailənin zülmündən” qaçdıqlarını deyib, detalları açıqlamayıb.

Səudiyyədə qadınlar
Səudiyyədə qadınlar

Səudiyyəlilər Gürcüstana vizasız gedə bilirlər. Son illər xeyli sayda səudiyyəli qadın ölkəsindən qaçaraq məhz buraya sığınıb.

Adətən, həmin qadınlar kişi qohumlarının rəftarından cana gəldiklərini deyirlər. Krallıqdan qaçarkən tutulan qadınlar xüsusi sığınacaqlara yerləşdirilir, onlarla pis rəftar edənlərlə barışmağa məcbur edilir. Əks halda, itaətsizlik ittihamıyla saxlanırlar.

Yaşından asılı olmayaraq, Səudiyyə Ərəbistanında qadınlar pasport alarkən, səyahət edərkən, yaxud ərə gedərkən kişi qohumun razılığını almalıdırlar.

Bacılar Twitter postlarından birində üzlərini və saçlarını örtüksüz göstərirlər. Bu, Səudiyyədə tabu sayılır. Onlar yazıblar ki, başlarına bir iş gələrsə, dünyanın “onları xatırlaması” üçün üzlərini göstərirlər.

Facebook 1,5 milyon istifadəçinin email ünvanını yükləyib

Facebook Inc bildirib ki, 2016-cı ilin mayından 1,5 milyon istifadəçinin email kontaktını “bilməyərəkdən yükləyib”. “Reuters” agentliyi bununla sosial media şirkətinin daha bir gizlilik məsələsilə üzləşdiyini bildirib.

İllüstrativ foto
İllüstrativ foto

Martdan Facebook ilk dəfə hesab açılarkən email parolunun təsdiqini istəməyi dayandırıb. Bəzi hallarda hesab açılarkən email kontaktlarının Facebook-a yükləndiyi olub, şirkət bildirir.

“1,5 milyon nəfərin emaili yüklənib. Bu kontaktlar heç kəslə paylaşılmayıb və onları pozuruq”, – Facebook-dan agentliyə deyiblər. Həmin istifadəçilərə bildiriş göndəriləcəyi də qeyd olunub.

“Business Insider” daha öncə xəbər vermişdi ki, şirkət istifadəçilər hesab açarkən onların bilgisi, razılığı olmadan elektron ünvanlarını toplayıb.

Son aylar Facebook-la bağlı bir sıra gizlilik məsələləri ortaya çıxıb. Bu yaxınlarda milyonlarla istifadəçinin parollarının daxili sistemlərdə əməkdaşların oxuya biləcəyi formatda saxlandığı bəlli oldu.

Ötən il isə Britaniyanın Cambridge Analytica siyasi konsaltinq firmasının milyonlarla Facebook istifadəçisi barədə şəxsi məlumatları onların razılığı olmadan əldə etdiyi üzə çıxıb.

Argentina, arxiv fotosu
Argentina, arxiv fotosu

Alimlər 220 milyon illik dinozavr qalıqları tapıblar

Argentinanın qərbində 220 milyon ildən qalma, 10-dək dinozavrın qalıqları olan yer tapılıb.

“On ayrı-ayrı fərddir, xeyli sümükdür. Çox təsirlidir”, – San Xuan Universitetindən argentinalı alim Ricardo Martinez deyib.

O, qalıqların “haqqında az bildiyimiz eraya” aid olduğunu sözlərinə əlavə edib.

Alim arxozavr, böyük timsahların əcdadları ola biləcək sürünənlərin də qalıqlarının tapıldığını vurğulayıb.

Qalıqlar ötən ilin sentyabrında, Buenos Ayresdən 1100 km qərbdə yerləşın San Xuan vilayətində aşkarlanıb.

XS
SM
MD
LG