Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Bu gün Ukraynada prezidentliyə namizədlərin debatıdır


Petro Poroshenko (solda) və Volodymyr Zelenskiy
Petro Poroshenko (solda) və Volodymyr Zelenskiy

Ukraynada prezidentliyə əsas iki namizəd bu gün – aprelin 19-da debata çıxırlar.

Prezident Petro Poroshenko və rəy sorğularında öndə gedən komediyaçı Volodymyr Zelenskiy 70 min yerlik Kiyev stadionunda üz-üzə gələcəklər. İndiyədək Ukraynada belə bir debat keçirilməyib.

Prezident seçkisinin ikinci raundu aprelin 21-də keçiriləcək.

Debat öncəsi Poroshenko seçicilərdən üzr və ikinci şans istəyib. O, televiziyayla müraciətində onları Zelenskiy-ni deyil, onu seçməyə çağırıb.

Son rəy sorğuları Zelenskiy-nin 73, Poroshenko-nun isə 27 faiz səs yığdığını göstərir.

Poroshenko özünü Rusiyayla qarşı-qarşıya gələ biləcək yeganə siyasətçi kimi təqdim edir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləyir.

Poroshenko həm də Ukraynanın borcları üzrə defolta uğraya biləcəyi barədə xəbərdarlıq edib. Belə ki dünən Kiyev məhkəməsi ölkənin ən böyük kreditorunun 2016-cı ildə milliləşdirilməsi barədə Poroshenko hökumətinin qərarını qanunsuz sayıb.

O zaman PrivatBank-ın sahibi oliqarx Igor Kolomoysky idi. Onun Zelenskiy-ni dəstəklədiyi bildirilir.

XS
SM
MD
LG