Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:32

Konstitusiya Məhkəməsi sədrinin maaşı artırıldı


Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev

Azərbaycan prezidenti İlham Əliyev «Konstitusiya Məhkəməsi haqqında» Qanuna dəyişiklik olunmasını təsdiq edib.

«Konstitusiya Məhkəməsi haqqında» Qanuna ölkə parlamenti bu il martın 29-da dəyişiklik etmişdi.

Dəyişiklik Konstitusiya Məhkəməsi hakimlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə izah edilirdi.

«Konstitusiya Məhkəməsi haqqında» Qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əməkhaqqı) maddəsinin 2-ci bəndi yeni redaksiyada verilib.

«Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına bərabərdir», - yeni redaksiyada yazılıb.

Bununla aprel ayının 1-dən Konstitusiya Məhkəməsi sədrin maaşı 2475 manata yüksəlib.

İndiyədək isə bu məbləğ 2335 manat olub.

Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub. Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində əlavə pul ödənilir.

Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 85 faizinə bərabərdir.

Prezident habelə bu gün, aprelin 18-də «Hesablama Palatası haqqında» Qanuna edilən dəyişikliyi də təsdiq edib. Həmin dəyişiklikdə də yazılıb: «Hesablama Palatasının üzvlərinə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir».

XS
SM
MD
LG