Keçid linkləri

Təcili xəbərlər
2019, 20 May, Bazar ertəsi, Bakı vaxtı 21:33

Trump-ın müşaviri Moskvada danışıqlar aparıb


Fiona Hill

ABŞ Prezidenti Donald Trump-ın müşaviri Fiona Hill Rusiyada danışıqlar aparıb. Məlumatı jurnalistlərə aprelin 18-də Kremlin sözçüsü Dmitry Peskov verib.

O, aprelin 17-də Moskvada Rusiya rəsmiləri, həmçinin Kremlin müşaviri Yuri Ushakov ilə görüşüb.

ABŞ səfirliyinin rəsmisi də “Associated Press”ə səfərin baş verdiyini təsdiqləyib.

Hill ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Rusiya məsələləri üzrə direktorudur.

Peskovun sözlərinə görə, Hill Rusiya rəsmiləri ilə ikitərəfli məsələləri müzakirə edib, ancaq Trump-la rusiyalı həmkarı Vladimir Putin arasında potensial görüş götür-qoy edilməyib.

Bu xəbərin yayıldığı gün ABŞ Ədliyyə Departamenti Rusiyanın prezident seçkisinə iddia olunan müdaxiləsi haqda hesabat açıqlamalıdır.

Moskva isə bu iddiaları rədd edir. Peskov aprelin 18-də hesabatı əhəmiyyətsiz adlandırıb.

“Bu bizim üçün bir məsələ deyil. Bu, bizi maraqlandıran, yaxud narahat edən məsələ deyil”, – Peskov vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG