Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 08:37

Pakistanda avtobusun 14 sərnişini öldürülüb


Pakistan, arxiv fotosu

Pakistanın cənub-qərbində naməlum silahlılar avtobusa pusqu qurub, 14 sərnişini öldürüblər.

Rəsmilər və yerli medianın bildirməsinə görə, silahlılar aprelin 18-də Karaçidən Gavadara gedən avtobusdan sərnişinləri zorla çıxarıblar.

Şahidlər polisə deyiblər ki, silahlılar sərnişinlərin şəxsiyyətini müəyyənləşdirəndən sonra bəzilərini güllələyib öldürüblər. Hücumun motivi bəlli deyil.

Hələlik, hücuma görə məsuliyyəti götürən olmayıb. Baluçistan regionunda həm separatçılar, həm də islamçı yaraqlılar fəaldırlar.

Baluç separatçı qrupları adətən digər etnik mənsubiyyəti olanları, islamçılar isə azlıqda olan şiələri hədəfə alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG