Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:05

Ukraynalılar Zelenskiy-ni ‘aclıq’dan seçir? – Qərb mediası


Volodymyr Zelenskiy
Volodymyr Zelenskiy

Kök salmış korrupsiyadan cana gəlmiş, dəyişiklik acı olan ukraynalılar bazar günü seçkinin ikinci raundunda güman ki komediyaçı, heç bir siyasi təcrübəsi olmayan Volodymyr Zelenskiy-ni prezident seçəcəklər. Bu haqda “Reuters” agentliyinin əməkdaşı Matthias Williams yazır.

Bu həftə KIIS tədqiqat şirkətinin açıqladığı rəy sorğusunda Zelenskiy səslərin 72, Prezident Petro Poroshenko isə 25 faizini yığıb. Ötən həftə başqa bir rəy sorğusunda bu göstəricilər uyğun olaraq 61 və 24 faiz idi.

Müəllif yazır ki, Zelenskiy-nin yüksəlişi dünyanın müxtəlif yerlərində baş vermiş siyasi “üsyan”ı yada salır. Birləşmiş Ştatlarda Donald Trump-ın prezident seçilməsini, Britaniyanın Avropa İttifaqından çıxmağa səs verməsini, İtaliyada Beş Ulduz hərəkatını və sairə.

Zelenskiy-nin opponentləri Kiyevin mərkəzində stiker paylayır
Zelenskiy-nin opponentləri Kiyevin mərkəzində stiker paylayır

Onun qələbəsi Ukrayna 1991-ci ildə Sovet İttifaqından ayrılandan keçirilən prezident seçkilərindən kökündən fərqlənəcək. Həmin seçkilərdə təcrübəli siyasətçilər qalib gəlirdi, üçü keçmiş baş nazir idi.

Söhbət Qərbin Rusiyayla qarşıdurmasının təmas xəttində yerləşən bir ölkənin liderliyindən gedir… Poroshenko inanır ki, Zelenskiy ilə arasındakı uçurumu aradan qaldıracaq. Cüzi bir şansı da var – son anda seçicilər qeyri-müəyyənliyə tullanmaqdansa, tanış sifəti seçə bilərlər”, – məqalədə deyilir.

Zelenskiy Ukraynanın qərbyönlü kursda saxlayacağını deyir, investorları islahatlar aparacağına, korrupsiyayla mübarizəni davam etdirəcəyinə əmin edir.

Petro Poroshenko
Petro Poroshenko

Di gəl, siyasi gündəmini açıqlamağa başlamasına baxmayaraq, onunla bağlı qeyri-müəyyənlik az deyil, üstəlik, Poroshenko-nu hakimiyyətdən uzaqlaşdırmaq istəyən nüfuzlu oliqarxla əlaqələri diqqət mərkəzindədir.

“Komediya ustası ölkənin siyasi elitanı rədd etməsindən, cənab Poroshenko-nun elektorat arasında qeyri-populyarlığından istifadə elədi. Ancaq cənab Zelenskiy-nin siyasi platforması aydın deyil”, – Economist Intelligence Unit-in təhlilçisi Agnese Ortolani deyir.

Bashir həbsxanaya göndərilib

Sudanın ötən həftə devrilmiş prezidenti Omar Al Bashir həbsxanaya köçürülüb. Bunu “Frans Pres” agentliyi ailədən mənbəyə istinadla yazır.

Bu arada nümayişçilər Müdafiə Nazirliyi qarşısında oturaq aksiyanı davam etdirir, hakimiyyətin mülki hökumətə ötürülməsini tələb edirlər.

Sudanda nümayişçilər
Sudanda nümayişçilər

Bashir ölkəni 30 ilə yaxın bir müddətdə idarə edib. O, paytaxt Xartumdakı Kober həbsxanasına köçürülüb. Həbsxana yaxınlığındakı şahidlər ətrafda xeyli sayda əsgərin yerləşdirildiyini bildirir.

75 yaşlı Bashir ötən həftə devriləndən harada saxlanması bəlli deyildi, ölkənin yeni liderləri onun “təhlükəsiz yerdə” olduğunu deyirdilər.

Hərbi liderlər etirazçılara bəzi güzəştlər edib, bu həftə Baş prokuror Omer Ahmed Mohamed işdən çıxarılıb. Ancaq nümayişçilər üsyanın “oğurlanacağından” narahatdırlar.

“Gözyaşardıcı qaz buraxdılar, çoxumuz həbs olunduq. Bizi güllələdilər, çoxları öldü. Yalnız istədiyimizi dilə gətirdiyimiz üçün”, – etirazçı Fadia Khalaf “Frans Pres”ə deyib.

Dekabrdan bəri etirazlarda azı 65 nəfər öldürülüb.

Bu arada Uqanda Bashir-ə sığınacaq verilməsini nəzərdən keçirəcəyini deyib. Bunu Uqandanın xarici işlər naziri deyib. Qeyd edək ki, Bashir Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən hərbi cinayətlərdə təqsirli bilinib.

TikTok Hindistanda qadağan olunub

İstifadəçilərə qısa videolar yaratmaq və xüsusi effektlərlə paylaşmaq imkanı verən TikTok tətbiqi Hindistanda qadağan olunub. Məhkəmə bu haqda qərar çıxarıb.

TikTok tətbiqinin loqosu
TikTok tətbiqinin loqosu

Bu ölkədə populyar olmasına baxmayaraq, siyasətçilər onun kontentini yersiz sayırdılar.

Google Hindistandakı Play store-da Çinə məxsus TikTok-a çıxışı bağlayıb. Bu app Apple-ın app mağazasında da artıq çatımlı deyil.

Tamil Nadu ştatının məhkəməsi aprelin 3-də federal hökumətdən xahiş etmişdi ki, TikTok qadağan olunsun, məhkəmə bu tətbiqin pornoqrafiyanı həvəsləndirdiyini deyirdi.

Federal hökumət isə Apple və Google şirkətlərinə məktub göndərərək məhkəmənin göstərişinə əməl etmələrini istəyib.

Google bəyanatında deyib ki, ayrı-ayrı tətbiqlər barədə şərh vermir, ancaq yerli qanunlara əməl edir. Apple-dan şərh almaq mümkün olmayıb.

TikTok-un Hindistandakı sözçüsü məsələni şərh etməyib, hələ məhkəmə getdiyini söyləyib.

XS
SM
MD
LG