Keçid linkləri

Təcili xəbərlər
2019, 26 İyun, çərşənbə, Bakı vaxtı 03:35

Instagram İİKK komandirlərinin hesablarını bağlayır


İllüstrativ foto

Instagram İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) komandirlərinin hesablarını bağlayıb. Fotopaylaşım vebsaytı ABŞ-ın sanksiyalarına əməl etdiyini bildirib.

Prezident Donald Trump aprelin 8-də İİKK-nı xarici terrorçu təşkilat elan edib, onu İran hökumətinin “qlobal terrorçu kampaniyasının yönləndirilməsi və həyata keçirilməsində əsas vasitə” elan edib.

Instagram-da bloklanan hesablar general mayor Mohammad Ali Jafari, general mayor Mohammad Bagheri, general mayor Ghassem Soleimani və digərlərinə məxsusdur. Məlumatı İran mühafizəkarlarına yaxın Tabnak xəbər saytı aprelin 17-də yayıb.

Ali dini lider Ayətulla Ali Khamenei tərəfdarlarının ingilisdilli profilləri də bağlanıb

Instagram-ın sözçüsü aprelin 17-də deyib ki, vebsayt “ABŞ-ın sanksiya qanunlarına əməl edir”.

Facebook, Twitter və Telegram messencer xidməti İranda rəsmən qadağan olunub. Instagram ölkədə VPN-siz yeganə əlçatan böyük sosial media xidmətidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG