Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 06:30

Əfqanıstan müharibəsi haqda filmi ‘vətənpərvər’ saymırlar


Filmin afişası
Filmin afişası

Bir qrup rusiyalı veteran deyir ki, Əfqanıstandakı sovet əsgərləri haqda yeni film “qeyri-vətənpərvər”dir, qadağan olunmalıdır. Rejissor isə filmdə münaqişədən vicdanla söz açıldığını bildirir.

Rusiyalı kinorejissor Pavel Lungin-in “Əfqanıstanın tərki” filmi Rusiyada son dövr vətənpərvər müharibə filmlərindən tonuna görə xeyli fərqlənir.

Belə ki, filmdə 1979-1989-cu ildə sovet-əfqan münaqişəsinin son xaotik aylarında sovet əsgərləri içkili, qarətçi kimi təsvir olunur.

Həmin münaqişədə 14 mindən çox sovet əsgəri həlak olub, sonucda sovet qoşunları geri çəkilib.

Pavel Lungin
Pavel Lungin

Əsgərlər “təhqir olunub”

Rusca “Bratstvo” (Qardaşlıq) adlanan film mayın 9-da ekranlara çıxmalıdır. Həmin gün Rusiya 2-ci Dünya müharibəsində nasist Almaniyası üzərində qələbənin ildönümünü Qırmızı Meydanda böyük paradla qeyd edir.

Ancaq veteranların, münaqişədən ölənlərin ailələrinin etirazlarına görə filmin buraxılış tarixi qeyri-müəyyən qalır. Onlar filmdə sovet əsgərlərinin təhqir olunduğunu deyirlər.

Əfqanıstanda əsas sovet kontingentinin keçmiş komandiri olan Boris Gromov Mədəniyyət Nazirliyinə məktubunda filmi “kirləndirici rusofobiyanın klassik nümunəsi” adlandırıb.

“Əfqanıstanın tərki” sovet əsgərlərini “pozğun, oğru, kələkbaz, qatil, əclaf” kimi təsvir edir, Gromov yazır.

Sovet əsgərləri Əfqanıstanla sərhədi keçir, 1989-cu il
Sovet əsgərləri Əfqanıstanla sərhədi keçir, 1989-cu il

Gromov sovetlərin çöküşündən sonra siyasətə girib, 2000-2012-ci illərdə Moskva vilayətinin qubernatoru olub. Hazırda 10 minədək veteranı birləşdirən assosiasiyaya rəhbərlik edir. Bu qurum nazirlikdən tələb edib ki, filmin buraxılmasına icazə verməsin.

Parlamentin yuxarı palatasında mədəniyyət komissiyasının rəhbəri, Əfqanıstan müharibəsi veteranı Igor Morozov deyib ki, Lungin “gəncləri orduda xidmətdən çəkindirən qeyri-vətənpərvər film çəkib”.

Onun sözlərinə görə, filmdə “əsgərlərimiz karvanları qarət edən, dalaşqan, tinbaşı içki içən kimi təsvir olunub”, “bu, sovetlərin verdiyi itkinin xatirəsini ləkələyir, ölkənin imicinə ziyan vurur”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG