Keçid linkləri

Təcili xəbərlər
2019, 26 İyun, çərşənbə, Bakı vaxtı 04:08

Trump Konqresin Yəmən qətnaməsinə veto qoyur


Donald Trump

Prezident Donald Trump Konqresin Yəmən müharibəsi ilə bağlı qətnaməsinə veto qoyub. Həmin sənəd Birləşmiş Ştatların Səudiyyənin liderlik etdiyi bu müharibədə iştirakını dayandırmağa çağırır.

Qətnamə prezidentin müharibəyə əsgər göndərmək səlahiyyətinin məhdudlaşdırılmasını nəzərdə tuturdu.

Trump aprelin 16-da yaydığı bəyanatında deyib ki, “qətnamə mənim konstitusion səlahiyyətimi zəiflətməyə yönəlik gərəksiz, təhlükəli cəhddir”.

O, Birləşmiş Ştatların Yəmən müharibəsində iştirakını “müəyyən koalisiya ölkələrində yaşayan 80 mindən çox amerikalının təhlükəsizliyinin qorunması” baxımından vacib olduğunu söyləyib.

Qətnamə Nümayəndələr Palatasında apreldə, Senatda martda təsdiqlənmişdi.

Trump-ın vetosunu üstələmək üçün hər iki palatada üçdə ikidən çox səs gərəkdir.

Qətnamə tərəfdarları ABŞ-ın Yəməndə iştirakının konstitusiyanın tələbini pozduğunu deyirlər. Belə ki, ölkənin müharibəyə nə zaman qoşulmasına prezident deyil, Konqres qərar verməlidir.

2015-ci ildən Yəmən hökuməti Səudiyyə Ərəbistanı və onun hərbi müttəfiqlərinin dəstəyilə İranın dəstəklədiyi husi üsyançılarla savaşır.

Müharibədə 10 minədək adam öldürülüb, 14 milyon yəmənli aclığa sürüklənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG