Keçid linkləri

2024, 12 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 22:33

Rusiyalıların yarısı Stalinə rəğbətlə yanaşır


Rusiya Kommunist Partiyası tərəfdarlarının yürüşü, arxiv fotosu
Rusiya Kommunist Partiyası tərəfdarlarının yürüşü, arxiv fotosu

2019-cu ildə sovet diktatoru Joseph Stalinə müsbət yanaşma ən yüksək həddə çatıb. Levada mərkəzi bu yüksələn tendensiyanın rəy sorğusu keçirilən illər ərzində qeydə alındığını bildirir.

Respondentlərin 41 faizi Stalinə sayqıyla yanaşdığını deyib. Bu, 2001-ci ildən bəri ən yüksək göstəricidir. Ona rəğbət bəsləyənlər 6%, heyranlıqla yanaşanlar 4%-dir.

26% Stalinə laqeyd, 6% kinlə, 5% qorxuyla, 3% nifrətlə yanaşır.

Respondentlərin 46 faizi deyib ki, Stalin erasının cinayətləri “böyük məqsədlər və nəticələr”lə əsaslandırılıb. 45 faizin fikrincə, bu insan qurbanlarını heç nə ilə əsaslandırmaq olmaz.

Joseph Stalin, 1939-cu il
Joseph Stalin, 1939-cu il

Stalin ölkənin həyatında hansı rolu oynayıb? 52% müsbət, 18% “ümumilikdə müsbət” rol oynadığını deyir. Mənfi və “çox mənfi” rol oynadığını deyənlər isə uyğun olaraq 14 və 5%-dir.

Rusiya Elmlər Akademiyasının Sosiologiya İnstitutunun aparıcı elmi əməkdaşı Leontiy Bizov rusiyalıların Stalinə rekord səviyyədə sevgisini cəmiyyətin siyasiləşməsi və parçalanması ilə izah edir. Onun fikrincə, məhz bu amil daha radikal tarixi dəyərləndirmə ilə sonuclanır.

“Bundan başqa, Stalinə cəmiyyətdə əzilənlərin müdafiəçisi kimi yanaşırlar. İndi cəmiyyət özünü daha çox atılmış hesab edir. Stalin fiquru ədalət, indiki hakimiyyətə alternativin simvolu kimi qəbul olunmağa başlayır. Axı, mövcud hakimiyyətə ədalətsiz, qəddar, xalqın qayğısına qalmayan kimi baxırlar. Bu, Stalinin mifoloji obrazıdır, real tarixi fiqurdan çox uzaqdır”, – Bizov deyib.

XS
SM
MD
LG