Keçid linkləri

Təcili xəbərlər
2019, 22 İyul, Bazar ertəsi, Bakı vaxtı 13:48

Rahmon Rusiyaya gedir


Vladimir Putin (solda) və Emomali Rahmon (sağda), arxiv fotosu

Tacikistan Prezidenti Emomali Rahmon aprelin 16-da Moskvaya ikigünlük rəsmi səfərə gedir. Məlumatı Kreml yayıb.

Onun səfəri rusiyalı həmkarı Vladimir Putinin dəvəti əsasında reallaşır.

Məlumata görə, danışıqlarda ikitərəfli münasibətlər, siyasi, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunacaq.

Rahmon və Putin bir sıra sənədlər imzalayacaqlar.

Rusiyanın Düşənbədəki səfiri Igor Lyakin-Frolov deyib ki, səfər zamanı imzalanacaq sənədlər Tacikistandan kənd təsərrüfatı məhsullarının Rusiyaya təchizatını təkmilləşdirməyi mümkün edəcək.

Tacikistanın Xarici İşlər Nazirliyi isə miqrasiya sektorunda əməkdaşlıq üzrə razılaşmaların imzalanacağını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG