Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 04:56

Nadia Savchenko həbsdən buraxılıb, məhkəməsi olacaq

update

Nadia Savchenko

Hakimiyyət Nadia Savchenko-ya qarşı ittihamların qüvvədə qaldığını bildirir.

Vəkili Oleksandr Shadryn deyib ki, Savchenko Verkhovna Rada-da işinə qayıdacaq.

Ancaq Baş prokuror Yuriy Lutsenko Savchenko və Rubana ittihamların qüvvədə qaldığını bildirib. Onun sözlərinə görə, Savchenko-nun buraxılması Ukraynada məhkəmə sisteminin “ağır xəstə” olduğunu göstərir.

Deputatın başqa bir vəkili Dmytro Loyfman da deyib ki, onun həbsdən buraxılması cinayət işinə təsir göstərməyəcək. Unian xəbər agentliyi növbəti məhkəmə iclasının mayın 7-nə təyin olunduğunu xəbərləyir.

Beş gün sonra – aprelin 21-də Ukraynada prezident seçkisinin ikinci raundunda indiki prezident Petro Poroshenko ilə komediya ustası Volodymyr Zelenskiy mübarizə aparacaq.

***

Ukraynalı deputat Nadia Savchenko həbsdən buraxılıb. O, parlament üzərinə qumbara və avtomat silahlarla terror hücumu hazırlamaqda ittiham olunur.

Savchenko və keçmiş məmur Volodymyr Ruban barədə həbs qətimkan tədbirinin müddəti aprelin 15-də gecəyarısı bitib. Hakim onların həbsdən buraxılmasına qərar verib.

Keçmiş hərbi vertolyot şturmanı olan Savchenko 2016-cı ildə Rusiyadan ikiillik həbsdən qayıdınca siyasətə daxil olub.

O, builki prezident seçkisinə qatılmaq niyyətini açıqlamışdı. Hələ Rusiyada əsirlikdə ikən Ukrayna parlamentinə deputat seçilib.

Ötən ilin martında Savchenko-ya Ukrayna hökumətini devirmək niyyətilə terror hücumu planlaşdırmaq ittihamı irəli sürülüb. Onun parlament toxunulmazlığı alınıb, həbs olunub.

Özü təqsirsiz olduğunu, hər hansı terror hücumu planlaşdırmadığını, ancaq onu gözdən salmağa çalışan hökumət agentləri ilə danışdığını deyir.

Onun hökumətin razılığı olmadan separatçılarla danışıqlara getməsi müxtəlif siyasi düşərgələrin tənqidinə səbəb olub.

Ruban da 2018-ci ilin martında Ukraynanın şərqində hökumətin nəzarətində olan əraziyə keçərkən saxlanıb. Onun sərhəddən gizli şəkildə xeyli silah-sursat keçirməyə çalışdığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG