Keçid linkləri

2025, 25 Aprel, Cümə, Bakı vaxtı 05:50

Ermənistanda #YalançıNikol qrafitisi peyda olub


Nikol Pashinian iqtisadi islahatlar üzrə iclasda
Nikol Pashinian iqtisadi islahatlar üzrə iclasda

Bazar günündən bazar ertəsinə keçən gecə Ermənistanda vətəndaş cəmiyyəti fəalları Baş nazir Nikol Pashinian-a qarşı qrafiti aksiyası təşkil ediblər. Məlumatı Ermənistandan Interfax agentliyi yayıb.

#SutNikol (Yalançı Nikol) həştəqi ilə çəkilmiş qrafiti Yerevanın mərkəzi küçələrində peyda olub. Aksiyanın təşkilatçılarından olan bloqqer Artur Danielian-ın sözlərinə görə, qrafiti Ermənistanın 9 şəhərində çəkilib.

Ancaq bircə Yerevanda bazar ertəsi səhərdən fəallar saxlanıb. Doqquz fəalın hamısı gün ərzində polisdən buraxılıb.

“Pashinian hakimiyyəti yalanla ələ keçirib. Onun bütün bəyanatları yalana söykənir. Biz qərara gəldik ki, Ermənistanda heç də hamının ona gözüqapalı inanmadığını göstərək. Aksiyalarımız davam edəcək”, – Danielian bazar ertəsi keçirdiyi mətbuat konfransında deyib.

Nikol Pashinian ötən il mayın 8-də, antihökumət etirazları nəticəsində hakimiyyətə gəlib. Sentyabrda Yerevanda Ağsaqqal Şurasına seçkilərdən onun “Mənim addımımı” partiyası səslərin 80 faizindən çoxunu yığıb.

Ötən oktyabrda Pashinian növbədənkənar parlament seçkisinə nail olmaqdan ötrü istefaya gedib. O, 2019-cu ilin yanvarında yenidən hökumətin başına keçib.

ABŞ-ın Gallup International Association ictimai rəy mərkəzinin məlumatına görə, hazırda Ermənistanda Pashinian-ın partiyasına dəstək 69,5 faizdir.

XS
SM
MD
LG