Keçid linkləri

Təcili xəbərlər
2019, 24 İyun, Bazar ertəsi, Bakı vaxtı 23:14

Tripoli döyüşlərində 150-dək adam həlak olub


Tripoli yaxınlığında döyüşçülər

BMT-nin səhiyyə agentliyinin məlumatına görə, Liviyanın paytaxtı Tripoliyə nəzarət uğrunda rəqib qruplaşmalar arasında döyüşlərdə azı 147 nəfər həlak olub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 614 nəfərin xəsarət aldığını bildirir.

Aprelin 5-də Khalifa Haftarın Liviya Milli Ordusu böyük hərbi əməliyyata başlayıb.

ÜST-nin Liviyadakı missiyası aprelin 5-də bildirib ki, “bütün tərəfləri təmkinli olmağa, xəstəxanalara, ambulanslara, tibb işçilərinə ziyan vurmamağa çağırır”.

Döyüşlər zamanı 18 mindən çox adam evindən didərgin düşüb. BMT-nin aprelin 15-də bildirməsinə görə, təkcə son 24 saat ərzində 2 min 500 nəfər evini tərk etməli olub.

Liviyanın şərqi və qərbi rəqib hökumətlərin nəzarətindədir, hər birini də silahlı birləşmələr dəstəkləyir.

Haftar Tripoli üzərinə hücumu dayandırmaqla bağlı beynəlxalq çağırışları rədd edib.

Rusiya, Misir və BƏƏ Haftarı dəstəkləyir.

Şimali Afrikada yerləşən Liviyanı uzun müddət idarə etmiş Muammar Qaddafi 2011-ci ildə devrilərək öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG