Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyun, çərşənbə, Bakı vaxtı 16:44

Finlandiyada seçkini solçu partiya udur


Antti Rinne (ortada) və həyat yoldaşı Heta Ravolainen-Rinne (solda) qələbəni qeyd edir

Finlandiyada aprelin 14-də keçirilən parlament seçkisini az səs fərqilə müxalifətdə olan Sosial Demokratik Partiya udub. İndi siyasi qüvvələri ağır koalisiya danışıqları gözləyir.

Yekun nəticələrə görə, solçu Sosial Demokratlar səslərin 17,7 faizini, ifrat-sağçı, avroskeptik Finlilər Partiyası isə 17,5 faizini toplayıb.

“1999-cu ildən bəri ilk dəfə olaraq biz Finlandiyanın ən böyük partiyasıyıq”, – SDP lideri Antti Rinne nəticələr açıqlanandan sonra deyib.

Baş nazir Juha Sipila-nın Mərkəz partiyası və sağ-mərkəzçi Milli Koalisiya uyğun olaraq səslərin 13,8 və 17,0 faizini yığıblar.

Son bir əsrdə ilk dəfədir heç bir partiya 20 faizdən artıq səs yığa bilməyib.

Sosial Demokratik Partiya hakim koalisiyanın xərcləmə ixtisarlarına qarşı kampaniya aparırdı.

Sərt xətt tərəfdarı, Avropa Parlamentinin üzvü Jussi Halla-aho-nun populyarlığı son aylar artıb. Bu partiyanın seçki kampaniyası immiqrasiyanın, digər partiyaların “iqlim isterikası”nın tənqidi üzərində qurulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG