Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:35

Qanunsuz dərmana görə tutulan daha bir gömrükçü azadlığa çıxdı


DGK

Dərman qaçaqmalçılığı suçlamasıyla həbs olunan daha bir gömrükçü - Xaçmaz Gömrük İdarəsinin «Yalama» Gömrük postunun böyük inspektoru Mehman Novruzov azadlığa buraxılıb. Aprelin 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Prokuror M.Novruzovun 6 il azadlıqdan məhrum edilməsini istəsə də, Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası ona şərti cəza verib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihamda yazılıb ki, M.Novruzov ölkəyə gömrükdən kənar, qeydiyyatdan keçməyən xeyli dərman gətirib. Məqsəd də onları satmaq olub.

M.Novruzov özünü qismən təqsirli bilib. Deyib ki, həbsindən az əvvəl «Samur» Gömrük Postuna ezam olunmuşdu: «Ora təzə getmişdim, monitora nəzarət edirdim. Amma monitordan istifadəni bir o qədər də yaxşı bilmirdim. Bu barədə növbə və post rəislərinə məlumat vermişdim. Dedilər ki, gözlə həll edəcəyik, lakin işimi dəyişmədilər».

Sabiq gömrükçünün sözlərinə görə, tutulduğu gün postdan keçən adamların yüklərinə fəhlə kimi kömək edən Cəmil adlı şəxs ondan kömək istəyib. Deyib ki, neytral ərazidə iki çanta ilə qalıb, Rusiya tərəfi onu buraxmır. Çantaların içində də boş ətir qutuları var: «Çantaları monitorda yoxlayanda həqiqətən boş ətir qabları olduğunu gördüm. Lakin onları açıb yoxlamadım. Xəbərim yox idi ki, onların içində dərman var».

Ölkəyə gömrükdən kənar dərman gətirməkdə və qeydiyyatdan keçirmədən onların satışına görə həbs olunan bir qrup gömrükçü də bir ay öncə şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılmışdı. Onların arasında Dövlət Gömrük Komitəsinin Tibb Baş İdarəsinin sabiq rəhbəri, general Fikrət Qədiməliyev də vardı.

Multimedia

XS
SM
MD
LG