Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:40

Tripoli döyüşlərində azı 56 nəfər həlak olub


Antonio Guterres (sağda) və Khalifa Haftar, 5 aprel, 2019-cu il

Liviyanın paytaxtı Tripoliyə nəzarət uğrunda döyüşlər davam edir. Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hökuməti keçmiş ordu komandirinin qüvvələri ilə mübarizə aparır.

BMT-nin baş katibi isə ölkənin “çox təhlükəli durum”da olması barədə xəbərdarlıq edib.

Ümumdünya Səhiyyə Təşkilatı aprelin 11-də bildirib ki, altı gündür gedən döyüşlərdə azı 56 nəfər həlak olub, 266 nəfər yaralanıb, minlərlə adam evindən qaçmalı olub.

BMT-nin Baş katibi Antonio Guterres döyüşləri dayandırmağa çağırıb.

“Atəşkəs əldə etməyin, döyüşləri dayandırmağın, Tripoli uğrunda ən pis, dramatic, qanlı döyüşü önləməyin vaxtıdır”, – o deyib.

“Reuters”in əməkdaşı aprelin 11-də paytaxt yaxınlığında ara-sıra atəş və partlayış səsləri eşidildiyini xəbər verir.

Döyüşlər Khalifa Haftar-ın Liviya Milli Ordusuyla Baş nazir Fayez al-Serraj hökuməti qüvvələri arasında gedir.

Haftar paytaxt üzərinə əməliyyatları dayandırmaqla bağlı beynəlxalq çağırışları rədd edib.

Onu Rusiya, Misir və BƏƏ dəstəkləyir.

XS
SM
MD
LG