Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:59

Netanyahu-nun partiyası parlamentdə daha çox yer qazanıb


Benjamin Netanyahu tərəfdarları qarşısında

İsrailin seçki komitəsi Baş nazir Benjamin Netanyahu-nun Likud partiyasının parlamentdə daha çox yer qazandığını təsdiqləyib. Artıq 9 aprel seçkisinin bütün bülletenləri sayılıb.

Komitənin aprelin 11-də bildirməsinə görə, Likud 120 yerlik Knessetdə 36 yer qazanıb. Əsas rəqibi “Mavi və Ağ” partiyası isə 35 yerə sahiblənib.

Daha öncə hər iki partiyanın 35 yer qazandığı bildirilirdi.

Likud ənənəvi yəhudi ultra-pravoslav və millətçi müttəfiqləri ilə Knessetdə 65-55 fərqlə çoxluğa malik olacaq və beləliklə, Netanyahu daha beş il müddətinə baş nazir postunda oturacaq.

Təhsil və ədliyyə nazirlərinin Yeni Sağ partiyası parlamentə girmək üçün 3,25 faizlik baryeri aşa bilməyib. Yeni Sağ səssaymanın nəticələrini mübahisələndirəcəyini deyib.

Netanyahu-nun qələbəsində əsas faktor İsrailin ərəb sakinlərinin 50 faizdən də azının seçkiyə getməsi olub. Ərəblərin çoxu seçkini boykot edib, Netanyahu-nun “anti-ərəb siyasətinə, anti-ərəb ekstremistlərə alyanslarına” qarşı çıxıblar.

XS
SM
MD
LG