Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 21:51

Poroshenko və Zelenskiy Avropa liderləri ilə görüşəcəklər


Petro Poroshenko (solda) və Volodymyr Zelenskiy

Ukrayna prezidenti və onun seçki rəqibi Qərbi Avropadadırlar və regionun əsas liderləri ilə görüşlər keçirəcəklər.

Prezident Petro Poroshenko və rəqibi Volodymyr Zelenskiy aprelin 12-də Parisdə Fransa Prezidenti Emmanuel Macron ilə ayrı-ayrılıqda görüşəcəklər.

Poroshenko daha sonra Almaniya Kansleri Angela Merkellə görüşəcək.

Ukraynada prezident seçkisinin ikinci raundu aprelin 21-də olacaq.

Almaniya, Fransa və Ukrayna “Normandiya formatı” adlanan qrupun üzvləridir. Bu ölkələr Rusiya ilə birlikdə Ukraynanın şərqindəki münaqişənin həllini tapmağa çalışır. Burada Rusiyanın dəstəklədiyi separatçılarla hökumət qüvvələri arasında münaqişə gedir.

Bu qrup artıq iki ildir danışıq aparmır.

Seçkiöncəsi rəy sorğularına görə, siyasətdə yeni olan gülüş ustası Zelenskiy ikinci raundun favoriti sayılır.

Birinci raundda o, Poroshenko-nu xeyli geridə qoysa da, qalib gəlməkdən ötrü yetərincə səs toplaya bilməyib.

XS
SM
MD
LG