Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:25

Suveren internet qanunu Dumadan keçdi


Moskvada RuNet qanununa etiraz aksiyası, 10 mart, 2019-cu il
Moskvada RuNet qanununa etiraz aksiyası, 10 mart, 2019-cu il

Rusiya parlamentinin aşağı palatası ziddiyyətli qanun layihəsini qəbul edib. Tənqidçilər bu qanunvericiliyin Prezident Vladimir Putin hökumətinin İnternetə nəzarəti genişləndirməsinə imkan verəcəyini deyib.

Aprelin 16-da Dövlət Duması layihəni 307-68 səs fərqilə qəbul edib.

İndi layihə Federasiya Şurasında səsə qoyulmalıdır. Sənədin bu mərhələdən də keçəcəyi, daha sonra imzalanmaq üçün Putinə göndəriləcəyi gözlənir.

***


Rusiyanın ‘suveren internet’ qanunu Dumada irəliləyir

Rusiya parlamentinin aşağı palatası ölkə internetini qlobal şəbəkədən ayırmağı nəzərdə tutan ziddiyyətli qanunu ikinci oxunuşda qəbul edib.

Dövlət Dumasının deputatları aprelin 11-də qanunvericiliyi 320-15 səs fərqilə qəbul ediblər.

Tənqidçilərin fikrincə, bu qanun Prezident Vladimir Putin hökumətinin internetə nəzarəti gücləndirmək, senzuranı asanlaşdırmaq cəhdlərinin bir hissəsidir.

“Suveren internet” qanunu Rusiyada veb trafikin istiqamətini dövlətin nəzarəti altına dəyişdirilməsini, yerli Domen Adları Sistemi yaradılmasını tələb edəcək.

Layihə tərəfdarları onun İnternetin Rusiya seqmentini – RuNeti daha da müstəqil edəcəyini deyirlər. Onların mövqeyincə, bu, Rusiyanı potensial kiberhücumlardan qorumaqdan ötrü gərəkdir.

Tənqidçilər isə bu qanunun Rusiyada internet azadlığına böyük zərbə vuracağını bildirirlər.

Zharov deyir ki...

Qanunvericilik çərçivəsində hökumətin qadağan etdiyi vebsaytların bloklanmasını asanlaşdırmaqdan ötrü xüsusi avadanlıq quraşdırılacaq.

Aleksandr Zharov
Aleksandr Zharov

Bu həftənin əvvəlində Rusiyanın mediaya nəzarət agentliyi olan Roskomnadzor-un rəhbəri deyib ki, qanun faktiki olaraq, populyar mesajlaşma əlavəsini hədəfə alır.

Aleksandr Zharov aprelin 9-da TASS xəbər agentliyinə deyib ki, bu qanun “qadağan olunmuş informasiyanın yayılmasını əngəlləyir”.

“Aydındır ki, bu əngəllənmənin bir hissəsi Telegram əlavəsi kimi onlayn resurslarla mübarizə olacaq”, – Zharov deyib.

Sonradan “Rossiiskaya Gazeta” hökumət qəzeti daxil azı dörd xəbər orqanı onun dediklərini pozub. Bunu Teleqram kanalı bildirir.

2018-ci ilin aprelində Rusiya Telegram-ı bloklayıb. Çünki bu şəbəkə Rusiya məhkəməsinin göstərişinə əməl etməyib, istifadəçilərin şifrələnmiş mesajlarını təhlükəsizlik xidmətlərinə verməyib.

Amnesty International hüquq-müdafiə təşkilatı bildirib ki, Telegram-ın bloklanması Rusiyada “onlayn ifadə azadlığına daha bir hücum olar”.

Ötən il xeyli rusiyalı küçələrə çıxaraq Kremlin bu tətbiqi bloklamaq cəhdlərinə etiraz edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG