Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 21:03

Sudanda hərbi çevrilişin lideri istefa verib


Sudan müdafiə naziri Awad Mohamed Ahmed Ibn Auf
Sudan müdafiə naziri Awad Mohamed Ahmed Ibn Auf

Sudanın müdafiə naziri aprelin 12-də bildirib ki, ölkənin keçid lideri vəzifəsindən istefa verir. O bundan bir gün əvvəl ölkənin avtokrat prezidentini devirdikdən sonra özünü keçid hökumət başçısı elan etmişdi.

General Awad Ibn Ouf habelə deyib ki, ordu generalı Abdel-Fattah Burhan onun əvəzinə keçid şurasının rəhbəri olacaq.

Bundan əvvəl minlərlə etirazçı Xartum şəhərindəki Müdafiə Nazirliyinin qarşısına toplaşaraq prezident Omar al-Bashir devrildikdən sonra hakimiyyətin hərbçilər tərəfindən ələ keçirilməsinə etiraz edirdi.

Bundan əvvəl, aprelin 12-də Sudan müqavimət hərəkatı, hərbiyyənin hakimiyyətdə qalmayacağı və “yalnız demokratiyaya yol açacağı” barədə bəyanatına inanmadığını bildirmişdi.

Etirazçılar ölkədə hakimiyyətin dərhal mülki keçid hakimiyyət orqanlarına verilməsini tələb edirlər.

Aprelin 12-də hərbi şura keçid dövrünün uzaqbaşı iki il çəkəcəyini və bundan sonra seçki keçiriləcəyini bəyan etmişdi.

***

Sudanın müdafiə naziri Prezident Omar al-Bashir-in həbs olunduğunu deyir. Awad Ibn Auf aprelin 11-də dövlət televiziyası ilə çıxışında deyib ki, Bashir “təhlükəsiz yerdə” saxlanıb və seçkilərdən sonra iki illik keçid dövrünə hərbi şura nəzarət edəcək.

Dövlət xəbər agentliyi ölkədəki siyasi məhbusların hamısının buraxıldığını söyləyib.

Şahidlər yüzlərlə etirazçının Sudanın kəşfiyyat və təhlükəsizlik xidmətinin ofislərinə hücum etdiyini xəbərləyir.

Awad Mohamed Ahmed Ibn Auf
Awad Mohamed Ahmed Ibn Auf

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitry Peskov Sudanda sakitliyə çağırıb. O, ümidvar olduğunu bildirib ki, “nəticədən asılı olmayaraq, Rusiya-Sudan münasibətləri” Xartum üçün prioritet kimi qalacaq.

Rusiya yanvarda bu ölkəyə “təlimatçılar” göndərdiyini bildirib. Sudanda rusiyalı özəl hərbi podratçıların olduğu bildirilib.

***

“Reuters” agentliyi Sudandakı mənbələrə istinadla Bashir-in ordu tərəfindən istefaya məcbur edildiyini yazır.

Dubayda mənzillənən Al-Hadath televiziyası hökumətdəki mənbələrə istinadla Bashir-in istefa verdiyini, hakim hərbi koalisiyanın formalaşdırılması üçün məsləhətləşmələr aparılır.

“Reuters” öz mənbələrinə istinadla 75 yaşlı Bashir-in ordu tərəfindən vəzifədən kənarlaşdırıldığını, prezident iqamətgahının “ciddi mühafizə olunduğunu” yazır.

Agentlik şahidə istinadla yazır ki, əsgərlər Bashir-in İslamçı Hərəkatının qərargahına hücum ediblər. Bu hərəkat hakim Milli Konqres Partiyasının tərkibindədir.

Omar al-Bashir
Omar al-Bashir

Minlərlə adam müdafiə nazirliyinin qarşısında hökumətə qarşı etiraza yığışıb, Paytaxt Xartumun küçələrində kütlə bayram edir, Bashir-ə qarşı şüarlar səsləndirir.

Arabiya televiziyasına danışan bir etirazçı deyib ki, Bashir-in müavini, müdafiə naziri Awad Mohamed Ahmed Ibn Auf-un onun yerinə keçəcəyi gözlənir, ancaq bu, nümayişçilər üçün qəbuledilməzdir.

“Biz xoş xəbər, 30 il arzusunda olduğumuz sevincli xəbər gözləyirik”, – nümayişçi Nadine Ala al-Din deyib.

44 yaşlı Mohamed Adam isə söyləyib: “Biz Bashir-in köməkçilərini yeni durumun bir hissəsi kimi qəbul etməyəcəyik. Həmin şəxslər etirazçıları öldürüblər”.

Dövlət televiziyası və radiosu isə bu arada vətənpərvər musiqi səsləndirməkdidir.

Bashir-in başına nə gələcəyi bəlli deyil.

Sudanda nümayişçilər
Sudanda nümayişçilər

Sudan 1993-cü ildən uzunmüddətli təcrid dönəmlərindən keçib. Birləşmiş Ştatlar Bashir hökumətini islamçı yaraqlılara sığınacaq verən terrorçu ölkələr siyahısına salıb, dörd il sonra sanksiyalar tətbiq edib.

***

Sudan ordusu “vacib bəyanat” verəcək

Sudan ordusu “vacib bəyanat” verməyi planlaşdırır. Bunu dövlət televiziyası deyir. Artıq dörd aydır bu ölkədə Prezident Omar al-Bashir-in 30 illik idarəçiliyinə etirazlar davam edir.

Bashir istefa verir, yoxsa ordu tərəfindən devrilir – televiziyanın yaydığı məlumat belə bir spekulyasiyaya yol açıb.

Paytaxt Xartumda minlərlə adam ordunun qərargahı ətrafına yığışıb. Burada etirazçılar artıq altıncı gündür oturaq aksiya keçirir.

Şahidlər ordunun şəhərin əsas yerlərində mövqe tutduğunu bildirir.

1989-cu ildə çevrilişlə hakimiyyətə gələn Bashir-ə qarşı etirazlar dekabrdan başlanıb.

İlkin olaraq bahalanmaya və nəğd pul qıtlığına qarşı başlanan etirazlar sonradan Bashir idarəçiliyinə qarşı çevrildi.

Beynəlxalq Cinayət Məhkəməsi Bashir-i Darfur regionunda genosid törətməkdə ittiham edir. O, ittihamları rədd edir.

XS
SM
MD
LG