Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 23:43

Azərbaycan və Ermənistan nazirləri görüşəcək


Nazirlər və həmsədrlərin Nyu-York görüşü

Bu il aprelin 15-də Rusiya paytaxtı Moskva şəhərində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcəyi gözlənir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin aprelin 11-də yaydığı məlumatda yazılıb.

Məlumata görə, görüş Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçiriləcək.

Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bu il martın 29-da ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Vyanada (Avstriya) Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan görüşmüşdülər. Görüşdə Azərbaycan xarici işlər naziri E.Məmmədyarov və Ermənistan xarici işlər naziri Z.Mnatsakanyan da iştirak etmişdi. Həmin görüşdən sonra xarici işlər nazirlərinin görüşüb danışıqları davam etdirəcəkləri gözlənirdi.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. Bölgədə hərbi münaqişələr baş verib. 1994-cü ildə atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədrləridir.

Multimedia

XS
SM
MD
LG