Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 14:56

Ötən il inzibati cəzalananlar 13 faiz artıb


Məhkəmələr nə qədər ədalətlidir?
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

Məhkəmələr nə qədər ədalətlidir?

2018-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 62 min 113 işə baxılıb.

Dövlət Statistika Komitəsinin (DSK) aprelin 10-da yaydığı məlumata görə, bu da 2017-ci ilin eyni göstəricisindən 10.9 faiz çoxdur. Onların 61.8 faizinin idarəçilik qaydaları, 5.3 faizinin mülkiyyət, 4.8 faizinin də ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat qaydalarına aid olduğu bildirilir.

DSK qeyd edir ki, inzibati qaydada cəzalananların sayında da artım var.

Məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 12.8 faiz artaraq 39 min 94 nəfər olub: «İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 48 faizinə inzibati cərimə, 26.5 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 21.6 faizinə inzibati həbs, 2.4 faizinə ictimai işlər, 1.5 faizinə isə digər tənbeh növləri tətbiq edilib».

Xatırlatma

Son vaxtlar Azərbaycanda müxalifət də inzibati həbslərin artmasından şikayətlənir. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bildirib ki, bu ilin əvvəlindən təkcə onların 50-dən çox fəalı inzibati hüquq pozmalarında ittiham olunaraq, sutkalıq həbs ediliblər. Üstəlik, əlavə cərimə edilənlər də var. AXCP onların siyasi fəaliyyətlərinə görə şərləndiyini açıqlayıb. Amma hakimiyyət rəsmiləri də deyirlər ki, Azərbaycanda heç kim siyasi fəaliyyətinə görə təzyiqlərə məruz qalmır.

Multimedia

XS
SM
MD
LG