Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 09:10

Borca görə 3 günə 30-dan çox şəxs saxlanıb


Polis

Azərbaycanda borca görə saxlanmalar davam edir. Son 3 gündə belə 31 nəfər saxlanıb.

Bu barədə məlumata Daxili İşlər Nazirliyinin saytında «Kriminal xronika» bölməsində rast gəlmək mümkündür.

«Kriminal xronika» bölməsində borca görə saxlanan şəxslərlə bağlı gündəlik statistika yer alır. Orada qeyd edildiyinə görə, bu həftənin əvvəli, aprelin 8-də 12, aprelin 9-da 13, aprelin 10-da isə 6 şəxs borca görə saxlanaraq aidiyyətı üzrə təhvil verilib. Bu gün, aprelin 11-nə aid göstəricilər, hələlik, açıqlanmayıb.

Həmin bölmədə bu tip statistika əvvəlki günlərə də aid yer alır. Bəzi günlər, borca görə saxlananlar bir, bəzi günlər də iki rəqəmlə ifadə edilib.

Ötən ay, martın 29-da borca görə isə, nə az, nə çox, düz 54 nəfər saxlanmışdı.

Multimedia

XS
SM
MD
LG