Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:31

Rusiya vətəndaşlarına Misirdə “ekstremizm” ittihamı


Misirdəki Rusiya səfirliyinin konsulluq xidməti

Rusiya səfirliyinin Qahirədəki konsulluq departamentinin rəhbəri deyir ki, 2018-ci ilin avqustunda Misirdə saxlanmış bir qrup rusiyalıya ekstremizm ittihamı irəli sürülüb.

Yusup Abakarov-un bildirməsinə görə, Qahirədə məhkəmə aprelin 9-da İnquşetiyadan olan beş rusiyalının işi üzrə ilkin dinləmə keçirib.

Rusiyalı diplomatlar, şübhəlilərdən birinin İnquşetiyadan gəlmiş atası məhkəmə zalına buraxılmayıb.

Misir rəsmiləri onlara məhkəmənin qapalı keçirildiyini deyiblər.

Abakarov deyib ki, rusiyalı şübhəlilər saxlanandan bəri ilk dəfə vəkili aprelin 9-da məhkəmədə görüblər. Məhz vəkil rusiyalı diplomatlara həmin şəxslərin “ekstremist fəaliyyət”də suçlandığını bildirib.

Həmin iş çərçivəsində qırğız kökənli bir rusiyalı qadın da ekstremist fəaliyyətdə suçlanır. Abakarov onun beş uşaq anası olduğunu söyləyib.

XS
SM
MD
LG