Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:30

Köçkünlərin yaşadığı yerdə növbəti yanğın


Yanğın. Foto arxiv
Yanğın. Foto arxiv

23 köçkün ailəsinə kirayə pulu veriləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də bu gün, aprelin 10-da Bakının Babək prospektində məcburi köçkünlərin məskunlaşdıqları binada yanğınla bağlı məlumat yayıb.

Məlumata görə, yanğından sonra Komitənin yaratdığı komissiya hadisə yerində olub və siyahıya alınma aparıb.

Komitə bildirir ki, yanğın zamanı ziyan dəymiş 23 mənzildə yaşayan məcburi köçkünlərə dövlət kirayə pulu verəcək.

Bir qədər öncə hadisə yerində olan baş nazirin müavini Əli Əhmədov da demişdi ki, yanan binada məskunlaşan köçkün ailələri müvəqqəti olaraq başqa yerlərdə yerləşdiriləcək.

Ancaq kirayə pulunun neçə ay veriləcəyi və məbləği açıqlanmayıb.

FHN: 10 nəfər təxliyə olunub

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb. Məlumatda bildirilir ki, aprelin 10-da Səhiyyə Nazirliyinin balansında olan Bakının Nizami rayonundakı üçmərtəbəli binanın 3-cü mərtəbəsində yanğın baş verib.

Məlumata görə, ora xəstəxana binası olub, amma köçkünlər məskunlaşdıqdan sonra xəstəxana kimi fəaliyyət göstərmir.

«Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri azyaşlı olmaqla 2 nəfər xilas edilib. 10 nəfər sakin təxliyə olunub», - məlumatda vurğulanır.

Məlumatda qeyd edilir ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb, onlara ilkin tibbi yardım göstərilib.

+++

«Azərsutikinti» xəstəxanasının korpusunda məskunlaşan köçkünlər deyiblər ki, binada bir çıxış var. Onların vurğulamasına görə, bu da yanğın zamanı təhlükəli vəziyyət yaradıb. Köçkünlər qeyd ediblər ki, bu səbəbdən yanğın zamanı özünü üçüncü mərtəbədən atan olub.

Əli Əhmədov da yanğın yerinə gəlib

Baş nazirin müavini Əli Əhmədov yanğın baş verən əraziyə - Bakının Nizami rayonu, Babək prospektində məcburi köçkünlərin məskunlaşdığı «Azərsutikinti» xəstəxanasının korpusunun qarşısına gəlib.

O, yanğın baş verən binaya baxıb. Ə.Əhmədov köçkünlərin mənzil tələbinə də münasibət bildirib: «Ədalətli, düzgün yol bundan ibarətdir. Tikilən yerlərə daha ağır vəziyyətdə yaşayanlar köçürülürlər. Hədəfimiz isə ondan ibarətdir ki, ehtiyacı olanlar növbə ilə, binalar tikildikcə ora köçürülsünlər».

Ə.Əhmədov deyib ki, onlar ciddi şəkildə bu məsələlərlə məşğuldurlar. Baş nazirin müavini vurğulayıb ki, korpusda 23 ailə məskunlaşıb: «Bu adamlar yerləşdirilməlidirlər. Təbii ki, müvəqqəti yerləşdiriləcəklər».

Komitə sədri yanğın yerinə gəldi, dedi ki...

Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Babək prospektində yanğın baş verdiyi «Azərsutikinti» xəstəxanasının məcburi köçkünlər yerləşən korpusuna gəlib.

Köçkünlər deyiblər ki, burada yaşamağa şərait əlverişli deyil. Onlar yeni mənzillərə köçürülmələrini tələb ediblər.

Komitə sədri də, öz növbəsində, vurğulayıb ki, dövlət onların şəraitinin yaxşılaşdırılmasından ötrü evlər tikir və bu proses davam edəcək. O, sakinləri səbirli olmağa səsləyib. Amma sədrin çağırışı uzun müddət diqqətə alınmayıb.

R.Rzayev deyib ki, hazırda Bakıda 42 min köçkün ailəsi, cəmi 810 hazır mənzil var: «İndi bölüşdürün görüm bunu necə bölüşdürəcəksiniz? Odur ki, səbir edin, görürsünüz evlər tikilir və tikilməkdə davam edir, növbəliliklə hamıya ev veriləcək».

«Yanğının qəsdən törədildiyi məlum olub»

Komitə sədri bir ay əvvəl Nərimanovdakı yataqxanada baş verən yanğına da toxunub. Onun vurğulamasına görə, bu il martın 6-da Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanında yerləşən yataqxanada yanğının qəsdən törədildiyi məlum olub. Həmin hadisə zamanı 2 nəfər ölüb, 10-a yaxın şəxs isə xəsarət almışdı.

Sonra da R.Rzayev binaya daxil olaraq yanğının fəsadları ilə tanış olub. O vurğulayıb ki, bu yanğınla da bağlı ekspert rəyi olacaq.

+++

Bu gün, aprelin 10-da Bakıda Babək prospektində yerləşən binada yanğın baş verib.

Yanğının «Azərsutikinti» trestinin xəstəxanasının məcburi köçkünlərin məskunlaşdığı korpusunda olduğu bildirilir. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə zamanı 45 yaşında bir kişi qorxaraq özünü binanın 3-cü mərtəbəsindən aşağı atıb. Həmin şəxs təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Nazirlikdən verilən məlumata görə, hadisə zamanı ümumilikdə 5 şəxs xəsarət görüb. Hadisə yerinə yanğınsöndürənlər gəlib. Yanğın söndürülüb.

Son vaxtlar Bakıda köçkünlərin məskunlaşdığı bir neçə yataqxanada yanğın baş verib. Martın 5-dən 6-na keçən gecə Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasında yanğın olmuşdu. Bu yanğında iki köçkün həlak olmuş, 10-a yaxın şəxs isə xəsarət almışdı.

Köçkünlərin məskunlaşdığı yataqxanaların bəziləri qəzalı vəziyyətdədir, Onlarda kommunal təminatda, elektrik çəkilişində problemlər də olduğu bildirilir.

Amma bu yaxınlarda baş nazirin müavini Əli Əhmədov demişdi ki, hüquq-mühafizə orqanları bu yanğınların qəsdən törədilib-törədilmədiyini araşdırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG