Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 00:14

Döyüş getdiyi bir vaxtda Liviya sülh konfransı ‘olmayacaq’


Ghassan Salame

BMT-nin Liviya üzrə xüsusi elçisi gələn həftəyə planlaşdırılan sülh konfransının təxirə salına biləcəyinə eyham vurub. Hazırda paytaxt Triployiə nəzarət uğrunda rəqib silahlı qruplaşmalar arasında döyüşlər gedir.

Aprelin 9-da bəyanatında Ghassan Salame ümidvar olduğunu bildirib ki, şərait imkan verərsə, bu toplantı keçirilər. “Atışma və raket zərbələrinin baş verdiyi məqamda adamlardan konfransa qatılmaqlarını istəyə bilmərik”, – o deyib.

BMT aprelin 14-dən 16-dək ölkənin cənub-qərbindəki Qadames şəhərində konfrans keçirməyi, ölkədə səkkiz ildir gedən münaqişədən çıxış yollarını müzakirə etməyi planlaşdırırdı.

Ötən həftə özünü Liviya Milli Ordusu elan etmiş qüvvələrin komandiri, feldmarşal Khalifa Haftar paytaxt Tripoli üzərinə hücuma başlayıb. Paytaxt hazırda Liviyanın BMT-nin tanıdığı hökumətini dəstəkləyən döyüşçülərin nəzarətindədir.

Haftar hücumu dayandırmaqla bağlı beynəlxalq çağırışları rədd edib. Bu hücumda onlarla adam öldürülüb.

Rusiya, Misir və BƏƏ Haftarı dəstəkləyir.

XS
SM
MD
LG