Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:24

Aİ Brekzit toplantısı keçirəcək


Parlament qarşısında Aİ tərəfdarı

Avropa İttifaqının (Aİ) liderləri aprelin 10-da Brüsseldə fövqəladə sammitə yığışacaqlar. Məqsəd Britaniyanın birlikdən çıxması – Brekzitlə bağlı məsələni müzakirə etməkdir.

Britaniya iki gündən sonra birlikdən çıxmalıdır, ancaq Baş nazir Theresa May-in Brüsseldə əldə etdiyi razılaşmanı ratifikasiya etməyib.

“Reuters” agentliyi sammit ərəfəsində yazıb ki, Aİ-nin 27 lideri Brekzitin ikinci dəfə yubadılmasına icazə verəcək, ancaq bəzi şərtlər qoya bilər.

Aİ liderləri Britaniya hökumətindən tələb edə bilər ki, May-in istədiyi kimi iyunun 30-nu deyil, daha uzunmüddətli uzadılmanı, eləcə də digər şərtləri qəbul etsin.

Theresa May parlamentdə
Theresa May parlamentdə

ŞƏRTLƏR

“Reuters” 10 aprel sammitinin yekunlarının layihəsini görüb. Sənəddə deyilir ki, Britaniyaya bir şərtlə ikinci müddətə uzadılma verilə bilər ki, bu, “İttifaqın vəzifələrinin yerinə yetirilməsini asanlaşdırsın, İttifaqın məqsədlərinə çatılmasına təhlükə yaradan hansısa addımdan çəkinsin”.

Fransa Prezidenti Emmanuel Macron-un idarə rəsmisi aprelin 9-da deyib ki, Britaniya üçün Brekzit ikinci dəfə yubadılarsa, o, Aİ-nin büdcə danışıqlarına, Aİ-nin icraedici komissiyasının növbəti prezidentinin seçilməsinə qatılmamalıdır.

Aİ-nin tamhüquqlu üzvü kimi Britaniyanın hələ də birliyin böyük siyasi qərarlarına veto qoymaq hüququ var.

“Reuters” aprelin 9-da axşam Brüsseldə bir araya gələn Aİ diplomatlarına istinadla bildirir ki, 10 aprel toplantısının əsas yekunu çevik uzadılma olacaq.

Yəni, bu halda Brekzit bu ilin sonunadək də uzana bilər, 2020-ci ilin martınadək də. Ancaq Britaniya parlamenti May-in Brüssellə əldə etdiyi ayrılma sazişini daha tez ratifikasiya edərsə, Britaniya da qurumdan daha tez ayrıla bilər.

Aprelin 9-da Britaniya parlament 420-110 səs fərqiylə May-in planını təsdiqləyib. Bu planda Aİ-dən Brekzitin iyunun 30-dək uzadılması xahiş olunur.

May-in əldə etdiyi razılaşmanı Aİ-nin 27 üzvü təsdiqləyib, Britaniya parlamenti isə üç dəfə rədd edib.

XS
SM
MD
LG