Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:56

Belarusda müstəqil telekanalın ofisində axtarış aparılıb


Belsat TV-nin ofisində axtarış gedir

Belarus polisi populyar Belsat TV-nin qərargahında axtarış aparıb. Bu telekanal Polşaya məxsus Telewizja Polska-nın bir qanadıdır.

Belarus Jurnalistlər Assosiasiyasının aprelin 9-da bildirməsinə görə, polis müstəqil televiziya şirkətinin ofisini axtarıb.

Axtarışa İstintaq Komitəsinin davam etməkdə olan ilkin istintaq çərçivəsində icazə verdiyi bildirilir. Ancaq detallar açıqlanmır.

2016-cı ildə Belarus Ali Məhkəməsi Polşanın ictimai yayımçısı olan Telewizja Polska-nın Belarus dilində yayım və onlayn proqramlaşdırma üçün Belsat TV adından istifadəsini qadağan edib.

Məhkəmə bildirib ki, bu istifadə Belarusun BELSATplus adlı peyk və kabel TV avadanlığı şirkətinin hüquqlarını pozur.

Belsat TV isə məhkəmə qərarına baxmayaraq, sözügedən addan istifadə edirdi, bu adın Belarus yurisdiksiyasına daxil olmadığını, Polşada qeydiyyatdan keçərək oradan işlədiyini deyirdi.

İnsan haqları fəalları Prezident Alexander Lukashenka hökumətinin 25 illik idarəçiliyi dövründə narazıları susdurmaq üçün müstəqil medianı məhdudlaşdırdığını deyirlər.

XS
SM
MD
LG