Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Türkiyəli cinayətkar Britaniyada necə qala bildi


Polis
Polis

Britaniyada hakim türkiyəli cinayətkarın bu ölkədə qalmasına ona görə icazə verib ki, onun banda üzvlüyü ilə bu ölkəyə “sosial və mədəni baxımdan inteqrasiya” etməsinə dair qərar çıxarıb. Bu haqda “Daily Mail” qəzeti yazır.

Tolga Binbuga oğurluq, qarət, hücum, kriminal zərər kimi bir sıra cinayətlərdə təqsirli bilinib. 2013-cü ildə qarətdə təqsirini boynuna aldıqdan sonra bir illik həbsə məhkum edilib. Onda Londonun şimalında bir evdən Mercedes maşınının açarını və 3 min funt sterlinq dəyərində elektrik malları oğurladığını etiraf edibmiş.

29 yaşlı bu türkiyəli Britaniyaya 9 yaşında gedib, ancaq heç vaxt bu ölkənin vətəndaşlığı üçün müraciət etməyib.

O, Londonun şimalında mənzillənən Get Money Gang (GMG) qrupuna üzv olub, London polisi bu ölkədə ən təhlükəli ikinci qrup sayır.

“The Sun” qəzetinin yazmasına görə, Daxili İşlər İdarəsi Binbuga-nı deportasiya etmək istəyəndə vəkilləri apellyasiya verərək ona “evdə böyüyən cinayətkar” olduğunu deyiblər.

HAKİMİN QƏRARINDAN ŞİKAYƏT VERİLİB

2016-cı ildə isə hakim Evan Ruth-un çıxardığı qərarda isə deyilir ki, onun dəstəyə üzvlüyü Britaniya mədəniyyətinə “sosial və mədəni baxımdan inteqrasiya” etdiyini göstərir və Britaniyada qalmasına icazə verilir.

Hakim Ruth deyib: “Həyatımızın kədərli və xoşagəlməz faktı odur ki, Londonun müxtəlif yerlərində banda mədəniyyəti bir çox gənclər üçün həyatın qəbul olunmuş və geniş yayılmış hissəsidir”.

Ancaq Daxili İşlər İdarəsi bu qərarı 2017-ci ildə ləğv edib. Hakimlər hakim Ruth-un “qanunları çaşdırdığını”, banda üzvlüyünün sosial inteqrasiyanın bir səviyyəsi olmağını deməklə yanlışa yol verdiyini deyiblər.

Hakimlərin gəldiyi qənaətə görə, Binbuga-nın deportasiyasının əngəllənməsinə elə bir səbəb yoxdur.

“Kriminal bandaya üzvlük mədəni inteqrasiyanın qəbul edilmədiyini göstərir. Bu, hüququn aliliyinə sayqısızlığı sərgiləyir”, – qərarda deyilir.

Binbuga isə bu qərardan şikayət verib, 50 min funt sterlinqədək məhkəmə xərcinə düşüb, ancaq ötən həftə şikayəti rədd olunub.

Ancaq Binbuga-nın deportasiya olunub-olunmaması hələlik, bəlli deyil

2013-cü ildə Get Money Gang qrupunun 19 yaşlı tanınmış üzvü Mohammed Hussein Aynfelddə bandalar arasında ədavətdə rəqiblər tərəfindən tapançayla öldürülüb.

2017-ci ildə isə GMG-nin başqa bir tanınmış üzvü Jamal Mahmoud bıçaqlanaraq öldürülüb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG