Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:31

175 milyon uşaq məktəbə hazırlıqdan kənarda qalır


Pakistanlı uşaqlar məktəbdə
Pakistanlı uşaqlar məktəbdə

Dünyada 175 milyondan çox uşaq məktəbə hazırlıq prosesindən kənarda qalır. Onların da yarıya qədəri elə məktəbə hazırlıq yaşındadır. Beləliklə, bu uşaqlar ta başlanğıcdan dərin bərabərsizlikdən əziyyət çəkirlər, vacib sərmayə imkanı da əldə buraxılır. UNICEF aprelin 9-da açıqladığı yeni hesabatında belə deyir.

Qurum azgəlirli ölkələrdə mənzərənin daha acınacaqlı olduğunu bildirir, hər 5 uşaqdan yalnız biri məktəbəhazırlığa cəlb olunur.

YOXSUL-VARLI FƏRQİ

“Öyrənməyə hazır dünya: Erkən uşaqlıq dövründə keyfiyyətli təhsilə önəm verilməsi” adlı hesabat UNICEF-in hazırladığı ilk belə qlobal sənəddir.

Arxiv fotosu
Arxiv fotosu

Qurum bildirir ki, məktəbə hazırlıq prosesindən keçən uşaqlar bu prosesdən kənar qalanlardan iki dəfə artıq oxuma-yazma bacarıqlarına yiyələnə bilirlər. Məsələn, Nepalda, məktəbə hazırlıq proqramlarından keçən uşaqlar həmyaşıdlardan 17 dəfə artıq bacarıqlı görünürlər.

Hesabata görə, ailənin imkanları, anaların təhsil səviyyəsi, coğrafi məkan da uşaqların məktəbə hazırlığında əsas rol oynayır. Ancaq yoxsulluq ən böyük müəyyənləşdirici faktordur.

64 ölkədə ən yoxsul ailələrin uşaqları ən varlı ailələrə baxanda erkən təhsil proqramlarına yeddi dəfə az cəlb olunurlar. Bəzi ölkələrdə yoxsul-varlı fərqi daha qabarıq görünür. Məsələn, Şimali Makedoniya Respublikasında ən varlı ailələrin uşaqları ən yoxsullardan 50 dəfə artıq məktəbə hazırlıq prosesinə cəlb olunurlar.

Uşaqların erkən təhsilə cəlbinə münaqişələr də təsir göstərir. Elə məktəbə hazırlıq yaşında olanların üçdə ikisindən çoxu münaqişə, yaxud fəlakətin təsirinə məruz qalanlardır. Di gəl, məktəbə hazırlığın elə bu uşaqlara çox böyük faydası var. Belə ki, təhsil prosesi uşaqların böhranlar zamanı aldıqları travmalara üstün gəlməklərinə kömək edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG