Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:42

Prezident 10 milyonuncu sakinin ailəsinə ev verib


İ.Əliyev və M.Əliyeva Azərbaycanın 10 milyonuncu sakininin valideynləri ilə görüşüblər
İ.Əliyev və M.Əliyeva Azərbaycanın 10 milyonuncu sakininin valideynləri ilə görüşüblər

«Əhalimiz artır. Yadımdadır, 9 milyonuncu sakin 2010-cu ildə dünyaya gəldi. Doqquz il ərzində əhalimiz 1 milyon artdı. Amma son 15 il ərzində əhali 1.7 milyon nəfər artdı. Bu, bizim gücümüzü, ölkəmizin qüdrətini artırır. Eyni zamanda, onu göstərir ki, ölkəmizdə sosial-iqtisadi inkişaf gedir. Çünki əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır».

AZƏRTAC-ın xəbərinə görə, bunu prezident İlham Əliyev aprelin 9-da 10 milyonuncu sakinin ailəsi ilə görüşdə deyib.

Prezident İ.Əliyev bildirib ki, ailəyə ev hədiyə edilir. «Sizə dövlət tərəfindən mənzil hədiyyə olunur. Bu da mənzilin çıxarışıdır», - prezident qeyd edib.​

10 milyonuncu körpə
10 milyonuncu körpə

«Əhalinin təbii artımı 33 faiz pisləşib»

«10 milyonuncu sakin bir il əvvəl də dünyaya gələ bilərdi, əgər son illərdə əhalinin nisbi artım göstəricisi pisləşməsəydi. Bu göstəricini bir az yaxşılaşdırmaq mümkün olsaydı, bu hadisə 2014-cü ildə də baş verə bilərdi… Bu səbəbdən 10 milyonuncu sakinin dünyaya gəlişi xeyli ləngiyib», - bunu isə AXCP-dən olan iqtisadçı Nemət Əliyev bildirib.

Onun vurğulamasına görə, əhalinin illik say artımı göstəricisi 2011-2018-ci illər ərzində 124 min nəfərdən 83 min nəfərə düşüb.

«Əhalinin təbii artım göstəricisi bu dövrdə 33 faizdən çox pisləşib. Doğulanların sayında 21 faiz azalma, ölənlərin sayında isə 6.5 faiz artma qeydə alınıb», - iqtisadçı qeyd edib.

Prezident 10 milyonuncu sakinin ailəsi ilə görüşüb

Bu gün, aprelin 9-da Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində olublar.

AZƏRTAC-ın xəbərinə görə, onlar Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri ilə görüşüblər.

Aprelin 6-da Azərbaycanın 10 milyonuncu sakini doğulub.

Körpə keçmiş Ağdərə rayonunda doğulan, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Nigar Ocaqova ilə Rauf Həsənovun ailəsində dünyaya gəlib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG