Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 20:08

İŞİD döyüşçüsünün alman arvadı məhkəmə qarşısında


İŞİD döyüşçüləri, arxiv fotosu

İraqda İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qoşulmuş alman qadın aprelin 9-da məhkəmə qarşısına çıxarılır. O, beş yaşlı “kölə” qızın susuzluqdan ölməsinə imkan verdiyi üçün hərbi cinayətdə təqsirləndirilir.

27 yaşlı Jennifer W. Münhendə məhkəmə qarşısına çıxarılır. O, hərbi cinayət törətməkdə, qətlə, terrorçu təşkilata üzvlükdə, silah ittihamlarında təqsirli bilinərsə, ömürlük həbsə məhkum edilə bilər.

Almaniyanın “Der Spiegel” nəşri yazır ki, təqsirləndirilən dinləmə cihazları yerləşdirilmiş maşında Federal Təhqiqat Bürosu agenti ilə danışarkən özünü ifşa edib.

Almaniyalı prokurorların bildirməsinə görə, qadının İŞİD döyüşçüsü olan əri yezidi uşağı və onun anasını kölə kimi satın alıb. Onlar 2015-ci ildə İraqın İŞİD-in əlinə keçmiş Mosul şəhərində əsir götürülüblər.

“Qız xəstələnib yerini isladanda təqsirləndirilənin əri onu cəza olaraq evdən bayırda zəncirləyib və yandırıcı istidə susuzluqdan ölməsinə səbəb olub.

Təqsirləndirilən qızı xilas etmək üçün heç nə etməyib”, – ittihamnamədə deyilir.

XS
SM
MD
LG