Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 06:23

1.5 Media Fəaliyyətləri və İctimai Təşviqat


İyun 15, 2018

Bütün RAA/AR bürolarına tətbiq olunur

Məsul idarəçilər: Media və İctimaiyyətlə Əlaqələr üzrə Direktor

Ali Şura

RAA/AR-ın öz missiyasını müvəffəqiyyətlə yerinə yetirməsi onun etibarlılığına əsaslanır, və bu səbəbdən RAA/AR-ın əməkdaşlarının bütün kənar media fəaliyyəti aşağıdakı qaydalara uyğun olaraq həyata keçirilməlidir.

A. Media Əlaqələri

Media və İctimaiyyətlə Əlaqələr Şöbəsi media əlaqələrindən məsuldur. RAA/AR barədə bütün media sorğuları Media və İctimaiyyətlə Əlaqələr Direktoruna və/və ya onun məsul təyin etdiyi şəxsə göndərilməlidir. Onlar, müvafiq yuxarı səviyyəli idarəçilərlə razılaşdırıldıqdan sonra, şirkətin adından çıxış edirlər. Media və İctimaiyyətlə Əlaqələr Şöbəsi, həmçinin, şirkətin həyata keçirdiyi media fəaliyyəti ilə bağlı yuxarı səviyyəli idarəçilərlə işləyir.

B. Əməkdaşların Kənar Media Fəaliyyəti və İctimai Təşviqatı

Bu qaydanın izahı üçün, "Kənar Media Fəaliyyəti və İctimai Təşviqat" məfhumuna, aşağıda qeyd edilənlər daxildir: məqalə və ya şərhlərin dərc edilməsi; ictimai çıxışlar və ya konfranslarda məruzələr; televiziya, radio, qəzet, jurnal və ya internet saytlarına verilən müsahibələr; kitab dərc edilməsi və ya tərcüməsi; bloq yazıları; RAA/AR adından hər hansı kənar təşviqat fəaliyyəti, və s..

Hər bir əməkdaş öz sosial media fəaliyyəti zamanı RAA/AR-ın nüfuzuna ziyan vurmaqdan qaçınmalıdır, bununla belə, Facebook və Twitter kimi saytlarda sosial ünsiyyət Kənar Media Fəaliyyəti və İctimai Təşviqat hesab edilmir. Sosial media fəaliyyətinə dair qaydalar 1.4 Sosial Media Təlimatlarında daha ətraflı izah edilir.

RAA/AR-a təsiri ola biləcək hər hansı Kənar Media Fəaliyyəti və İctimai Təşviqat fəaliyyətinə başlamazdan əvvəl, Xəbərlər Şöbəsinin əməkdaşları Xidmət Direktorundan (və ya eyni funksiyaları yerinə yetirən digər məsul əməkdaşdan) və Media və İctimaiyyətlə Əlaqələr Direktorundan icazə almalıdırlar. Xidmət Direktoru, icazə verilib-verilməməsi barədə tam əmin deyilsə, Regional Direktorla məsləhətləşməlidir. Müraciət bir Xidmət Direktorundan gəlirsə, bu müraciət birbaşa Regional Direktora və Media və İctimaiyyətlə Əlaqələr Direktoruna yönəldilir.

Bütün hallarda, Regional Direktor, lazım bildiyi təqdirdə, müraciəti Redaksiya Heyəti və digər yüksək səviyyəli idarəçilərlə müzakirə edə bilər. Təsdiq edən şəxslər, icazə verilən Kənar Media və İctimai Təşviqat Fəaliyyətinin RAA/AR-ın missiyası, redaksiya siyasəti və işçilərin təhlükəsizliyi tələblərinə uyğun olmasına əmin olmalı və dərc edilməzdən əvvəl materialları nəzərdən keçirməlidirlər.

Xəbərlər Şöbəsinə aid olmayan əməkdaşlar Kənar Media Fəaliyyəti və İctimai Təşviqatla məşğul olduqda və bu fəaliyyət RAA/AR ilə əlaqəli olduqda və/və ya əməkdaşın RAA/AR ilə əlaqəsi bəyan edildikdə eyni qaydalar tətbiq edilir. Bu şərtlərin hər hansı biri varsa, əməkdaş Media və İctimaiyyətlə Əlaqələr Direktorunun əvvəlcədən razılığını almalıdır. Şirkətin bütün əməkdaşları Kənar Media Fəaliyyəti və İctimai Təşviqatın Azadlıq Radiosunun missiyası, redaksiya siyasəti və əməkdaşlarının təhlükəsizliyi tələblərinə uyğun olmasını təmin etməlidirlər. Bax: 1.2. Etik Kodeks və 1.4 Sosial Media Təlimatları.

Bütün bu cür hallar tək-tək nəzərdən keçirilir və uyğun qərarlar verilir. Köşə yazılarına xüsusi diqqət yetirilir. Əməkdaş Kənar Media Fəaliyyəti və İctimai Təşviqat fəaliyyəti zamanı şəxsi rəyini bildirmək üçün razılıq alırsa, bu rəyin RAA/AR-ın mövqeyini əks etdirmədiyi bəyan edilməlidir.

XS
SM
MD
LG