Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

1.4 Sosial Media


Şirkətin sosial media siyasətini ifadə edən əsas prinsip: RAA/AR-ın əməkdaşları sosial media saytlarında RAA/AR-ın balanslı və obyektiv jurnalistika üzərində qurulmuş nüfuzuna zərbə vura biləcək heç bir əməllərə və bəyənatlara yol verməməlidirlər. Beləliklə, bu qayda RAA/AR-ın journalist materiallarının intehsalında iştirak edən heyətinin üzərinə (yəni Xəbərlər Bölməsinin əməkdaşlarının üzərinə) digər Şirkət işçilərinə nisbətən daha sərt məhdudiyyətlər qoyur.

Bütün digər ARR/AR qaydaları, 1.2 Etik Kodeks; 1.3 Jurnalistika Standartları; və 2.7 Müəllif Hüquqları və Adil İstifadə, və digərləri, həmçinin, online fəaliyyətə də tətbiq olunur.

1.4.1 Bütün əməkdaşlara tətbiq olunan prinsiplər

1. Nəzərə alın ki, sosial media saytlarında yazdığınız və ya yerləşdirdiyinizi hər bir şəxs görə bilər. Şəxsi səhifənizdə yerləşdirdiyiniz belə, geniş auditoriya ilə paylaşıla bilər.

2. RAA/AR-a məxsus və ya məxfi məlumatları açıqlamayın.

3. Şəxsi məlumatlarınızı və onlayn təhlükəsizliyinizi qoruyun:

  1. Sosial media hesablarında mürəkkəb parol və ikiqat-şəxsiyyət-təsdiqi sistemindən istifadə etməyiniz tövsiyyə olunur.
  2. Sosial media hesabınız RAA/AR-ın şirkət hesabına bağlıdırsa (məsələn, Şirkətin Facebook səhifəsinə inzibati giriş hüququnuz varsa), mürəkkəb parol və ikiqat-şəxsiyyət-təsdiqi sistemindən istifadə məcburi şərtdir.
  3. İnternetdə şəxsi məlumatların yerləşdirilməsinə ehtiyatla yanaşın, xüsusən də hədəf ola biləcəyinizi düşünürsünüzsə.

4. Səmimi və nəzakətli olun. Alçaldıcı, təhdidedici və ya təhqiramiz şərhlər etməyin.

1.4.2 Xəbərlər Bölməsinin əməkdaşlarına tətbiq edilən qaydalar

Xəbərlər Bölməsinin əməkdaşları aşağıdakı qaydalara və prinsiplərə riayət etməlidirlər:

1. RAA/AR-ın social media vasitəsilə yayılan journalist materiallarının keyfiyyəti ümumi jurnalist standartlarının tələblərinə cavab verməlidir.

2. Regional Direktorunuzdan əvvəlcədən yazılı razılıq almadan hər hansı siyasi fikir bildirməyin, kimə yə ya nəyəsə dəstək ifadə etməyin, və ya auditoriyanın sizin tərəfsizliyinizə olan inamını pozacaq mesajlar göndərməyin.

3. İctimai xadimlər sizin "dostluğunuzda" və ya "izlədiklərinizin" sırasında ola bilər, lakin bu cür şəxslər yalnız bir siyasi partiyadan və ya müzakirənin yalnız bir tərəfindən olmamalıdır. Bu, həmçinin, şərh, paylaşma, bəyənmə və ya re-tweet onlayn fəaliyyətə də aiddir.

4. Sosial media səhifələrində yalnız (a) RAA/AR-ın müəllif hüququna və ya nəşr etmək üçün yazılı lisenziyaya sahib olduğu, və ya (b) şəxsən sizin müəllif hüququna və ya nəşr etmək üçün yazılı lisenziyaya sahib olduğunuz fotoşəkil və ya video çarxları yerləşdirə bilərsiniz.

XS
SM
MD
LG