Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:33

1.3 Jurnalistika Standartları


Etik Davranış

RAA/AR-ın proqram və materiallarının hazırlanmasında iştirak edən daimi və muzdlu əməkdaşlar etik davranışın ən yüksək standartlarına uyğun olaraq, RAA/AR-ın fəaliyyət göstərdiyi ölkələrin daxilində və xaricində (“Yayım ərazisi”) şəxslər, qruplar, siyasi və iqtisadi qüvvələrlə münasibətlərində maraqlar toqquşmasından çəkinməyə xüsusi diqqət yetirməlidirlər.

RAA/AR-ın daimi və muzdlu əməkdaşları öz ictimai statuslarından və ya Şirkətin nüfuzundan öz şəxsi maraqları və ya mənafeləri üçün heç bir şəkildə sui-istifadə etməməlidirlər (Bax: Bölmə 1.2 Etik Kodeks.1.2.1 Maraqlar Toqquşması).

RAA/AR-in jurnalistləri şirkətin materiallarının məzmununu zənginləşdirmək üçün digər media vasitələrindən istifadə etmək istəsələr, müəllif hüququnun sahibindən icazə almalı və qaynaqları aydın göstərməlidirlər. Başqa mənbədən götürülən heç bir materialın RAA/AR tərəfindən hazırlanmış olması görüntüsü yaranmamalıdır. Mümkün olan bütün hallarda qaynağın linkinin göstərilməsi tövsiyə olunur.

Peşəkar Müstəqillik

ABŞ Beynəlxalq Yayım Qanunu (1994), edilən dəyişikliklərə uyğun olaraq, qeyd edir ki, "[ABŞ] Dövlət Katibi və [Yayım Şurasının] Baş İcraçı Direktoru öz vəzifələrini yerinə yetirərkən [YŞ-nin] peşəkar müstəqilliyinə, onun yayımlarına və [YŞ-nin] qrant alıcılarına hörmətlə yanaşmalıdırlar". Qanunda, əlavə olaraq, RAA/AR-ın jurnalistikasının "hər zaman etibarlı və nüfuzlu, dəqiq, obyektiv və hərtərəfli" və "yayım jurnalistikasının ən yüksək peşəkar standartlarına uyğun olaraq həyata keçirilməli" olduğunu bildirir.

RAA/AR əməkdaşları hər hansı bir hökumət nümayəndəsi və ya digər kənar qurumun nümayəndələri tərəfindən Şirkətin jurnalistikasını formalaşdırmaq, dəyişdirmək və ya yönləndirmək məqsədli hər hansı bir təzyiqə qarşı durmalıdırlar. Bu cür tələblərlə qarşılaşdıqda, əməkdaşlar Baş Redaktorla və ya Standartlar Redaktoru, və həmçinin, Baş Məsləhətçi ilə məsləhətləşməlidirlər.

Pozuntular və intizam tədbirləri

RAA/AR-in Xəbərlər Şöbəsinin bütün ştatlı və muzdlu əməkdaşlarının Jurnalistika Standartlarından irəli gələn təlimatlara riayət etməsi gözlənilir. Təlimatlarda göstərilən prinsiplərin pozulması məşğulluğun dayandırılması da daxil olmaqla, intizam xarakterli tədbirlərin görülməsinə səbəb ola bilər.

XS
SM
MD
LG