Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

1.1 Peşəkar davranış və intizam


"Azadliq Radiosu", Azerbaijani service, logo
"Azadliq Radiosu", Azerbaijani service, logo

8 Aprel, 2013

1.1 PEŞƏKAR DAVRANIŞ VƏ İNTİZAM

Hər bir əməkdaşdan öz vəzifəsinin tələblərini qənaətbəxş şəkildə yerinə yetirməsi gözlənilir. Bu qaydalar toplusunun məqsədi RAA/AR-ın peşəkarlıq, davranış və intizamla bağlı əsas gözləntilərini vurğulamaqdır, bu qaydalar toplusu bütün mümkün gözləntiləri əhatə etmir.

A. RAA/AR-ın Missiyası, Strateji Məqsədləri, Qaydaları və İdarəetmə Tövsiyələrinə Riayət Edilməsi

RAA/AR missiya bəyanatını, strateji məqsədlərini və qaydalarını işə-qəbul adaptasiyası, Qaydalar Kitabçası, LibertyNet, elektron poçt, işin keyfiyyətinin qiymətləndirilməsi və iclaslar da daxil olmaqla, müxtəlif üsullarla bildirir. Əməkdaşların mühüm məlumatların çatdırılması üsullarını anlaması, və onlara çatdırılan qaydalar və idarəetmə tövsiyələrinə riayət etməsi gözlənilir.

B. Davranış

RAA/AR əməkdaşlarından ən yüksək davranış standartlarına riayət etməsi gözlənilir. Aşağıdakılar davranış standartlarının pozan halların siyahısıdır. Bu siyahı bütün mümkün qayda pozuntularını əhatə etməsə də, RAA/AR-ın qəbul edilməz kimi gördüyü davranışların nümunələridir.

1. Dəqiq və davamlı olmamaq, təyin edilmiş saatlar və iş növbələrində işləməmək. İşə gecikmə, iş yerini vaxtından əvvəl tərk etmə, və ya işə gəlməmə hallarında birbaşa rəhbərliklə dərhal əlaqə saxlanılmalıdır.

2. Məşğulluq ərizəsi, iş cədvəli, qeydiyyat formaları və vizalar, iş və yaşayış üçün icazə sənədləri daxil olmaqla, hər hansı bir şirkət sənədlərinin vaxtında doldurulmaması və ya saxtalaşdırılması.

3. Şirkətin və ya digər əməkdaşların əmlakının icazəsiz istifadəsi, oğurluq, icazəsiz sahiblənmə.

4. Şirkətin, əməkdaşın və ya üçüncü şəxsin əmlakının itirilməsi və ya zədələnməsi ilə nəticələnən və ya təhlükəsini yaradan laqeydlik və ya dürüst olmayan davranış.

5. Şirkət və ya hökumətin təhlükəsizlik və ya sağlamlıq qaydalarının pozulması.

6. Şirkət binalarına silah, partlayıcı və ya digər təhlükəli maddələrin gətirilməsi.

7. Yanğının qarşısının alınması və təhlükəsizlik qaydalarının pozulması; təhlükəsizlik təlimlərində və məşqlərdə lazımi şəkildə iştirak edilməməsi; və ya RAA/AR-ın təhlükəsizlik qaydaları və prosedurlarına riayət edilməməsi.

8. Nadürüstlük, fırıldaqçılıq, oğurluq və ya zayankarlıq əməllərində iştirak etmək; yaxud şirkətin ərazisində istənilən cinayət fəaliyyəti ilə məşğul olmaq.

9. Dava-dalaş, əşyaların atılması, fiziki təcavüz, təhdid edici və ya təhlükəli hərəkətlər, izləmə və hər hansı digər pisniyyətli hərəkətləri də daxil olmaqla, nizamsız, pozucu və ya şiddətli davranış.

10. Digər əməkdaşları təhdid etmək, qorxutmaq, təhqir etmək və ya məcbur etmək; digər əməkdaşlarla təhqiramiz, alçaldıcı və ya qaba dildə danışmaq; və ya digər əməkdaşlara işlərinin yerinə yetirilməsinə mane olmaq.

11. Rəhbərliyin göstərişlərinə riayət etməmək və ya təyin edilmiş məqbul vəzifələri yerinə yetirməkdən imtina etmək.

12. İş yerində elektron siqaretin bütün növləri də daxil olmaqla, siqaret çəkmək qadağandır. Siqaret çəkməyə yalnız xüsusi nəzərdə tutulmuş ərazilərdə icazə verilir.

13. Şirkətin məxfi hesab oluna biləcək hər hansı yığıncağının, RAA/AR əməkdaşının, və ya məlumatının gizli yazılması və ya fotoşəkillərinin çəkilməsi (Qeyd edək ki, standart təcrübə olaraq, RAA/AR-ın həftəlik korporativ yığıncaqları və dövri heyət iclasları lentə alınır).

14. Fərdi mənfəət (maliyyə və ya başqa) və ya başqa birinin mənfəəti üçün məxfi Şirkət məlumatlarından istifadə etmək. Məxfi məlumatlara anlayışına Şirkətin əməliyyatları, müqavilələri və əməkdaşlarına aid olan məlumatlar; parol və təhlükəsizlik prosedurları; yayım və məlumat toplama üsulları; auditoriya tədqiqatları; və onun strateji və marketinq planları aid edilir, lakin bunlarla məhdudlaşmır.

15. Normal davranış qaydalarına zidd olan digər fəaliyyətlərdə iştirak etmək.

Qayda pozuntusu barədə dərhal rəhbərlik və ya Kadrlar Şöbəsinin nümayəndəsinə məlumat verilməlidir.

C. Geyim Mədəniyyəti (Dres-Kod) və Şəxsi Gigiyena

Əməkdaşların uyğun peşəkar geyimlərdən istifadə etməsi və onların görünüşü və şəxsi gigiyena standartlarının peşəkar və kollektiv iş mühitinə uyğun olması gözlənilir. Geyimi, görünüşü və ya şəxsi gigiyenasının yayındırıcı və ya qeyri-münasib olduğu hesab ediləcək hər kəsdən müvafiq standarta nail olunana qədər iş yerini tərk etməsi tələb ediləcək. Əməkdaşın geyim və gigiyena problemlərini aradan qaldırmaq üçün işdən uzaqlaşdığı müddət ödənişsizdir.

TV aparıcılar (Diktorlar)

TV aparıcılar mötəbər ekran görünüşünü təmin etməkdə məsuldurlar. RAA/AR TV aparıcıların ekran görünüşünü makiyaj və geyim xidməti təmin etməklə dəstəkləyir. Aparıcıların geyimləri həmişə peşəkar olmalıdır.

TV aparıcısı olamayan, lakin vaxtaşırı ekranda görünə biləcək jurnalistlərin həm studiya çəkilişləri, həm də sahə çəkilişləri zamanı peşəkar geyimdə olması gözlənilir. RAA/AR, ekranda müntəzəm olaraq görünən jurnalistlər başlıca geyim və makiyaj qaydalarını təqdim edəcək.

Televiziya aparıcısının görünüşünə dair hər hansı əhəmiyyətli dəyişikliklər təklif olunan dəyişikliyi təsdiq etməmək hüququ olan Kanal Direktoru və ya Xidmət Direktoru ilə əvvəlcədən müzakirə edilməlidir. Televiziya aparıcısı, Direktorun əvvəlcədən razılığını almadan görünüşünü əhəmiyyətli dərəcədə dəyişirsə, Direktor aparıcının görünüşü yayım standartlarına uyğun olana qədər onun ekrana çıxmasını dayandırmağa və ya məhdudlaşdırmağa qərar verə bilər.

[LINK] RAA/AR-nun TV Geyim və Makiyaj Qaydaları və Təlimatları

D. Ofis Sahəsinin İstifadəsi

Əməkdaşlardan, digər əməkdaşların rahatlığını nəzərə alaraq, həmçinin qəzaların qarşısını almaq və iş mühitini təhlükəsiz və təmiz saxlamaq üçün iş yerləri və digər sahələri səliqəli saxlamaq tələb olunur. Yanğın və digər təhlükələrin qarşısını almaq üçün əməkdaşlar iş yerlərini və ya digər sahələri səliqəli saxlamalıdırlar.

Əməkdaşlar öz dibçək bitkilərini gətirə, və başqalarının sağlamlıq və ya təhlükəsizliyinə təhlükə yaranmırsa, onları iş yerlərində və ya iş sahələrində saxlaya bilərlər. Qablar maye sızdıraraq mebelə zərər vurursa, buna əməkdaş məsuliyyət daşıyır. Əməkdaşlar hər gün işi tərk etməzdən əvvəl iş yerlərində qalan bütün ərzaq məhsullarını qablaşdırmalı və ya atmalıdırlar. Buna, istifadə edilən boşqab və/və ya fincanı hər mərtəbədə olan mətbəxlərdə yerləşdirmək, boşqablardan qida qalıqlarını zibil qablarına boşaltmaq və maye qalıqlarını axıtmaq daxildir.

Studiyalarda və ya elektron kommunikasiya avadanlıqları üçün ayrılmış digər sahələrdə yemək və içkilərə icazə verilmir.

Əməkdaş iş yerində tavana, döşəməyə, pəncərəyə, divara və ya avadanlığa daimi heç nə əlavə edə bilməz. Əməkdaşların və ya qonaqların ev heyvanlarını işə gətirmək və ya saxlamasına icazə verilmir.

E. Kəskin Hava Şəraiti

Şirkət, hava şəraitindən asılı olmayaraq, əməkdaşların işə şıxmaq üçün hər cür səy göstərəcəklərini gözləyir. Yalnız rəhbərliyin təyin edilmiş nümayəndəsi bu cür məlumat verdikdə, Praqa ofisi bağlı elan edilir. Vaşinqton ofisi ABŞ federal hökuməti öz ofislərini bağladığı zaman bağlanır; belə bir bağlanma halında, Kadrlar Şöbəsinin nümayəndəsi heyəti məlumatlandırır.

F. İntizam Tədbirləri

Bu qaydaların dili heç bir şəkildə, ABŞ qanunları əsasında tərtib edilmiş RAA/AR ilə heyət arasında "şəxsi iradə" razılaşmasını, və ya RAA/AR-ın işçi qüvvəsini idarə etmək hüquqlarını əvəz etmir. Azadlıq Radiosunun missiyasının, strateji məqsədlərinin, qaydalarının və idarəetmə tövsiyyələrinin pozulması kimi müəyyənləşdirilən fəaliyyət və ya davranış üçün müvafiq intizam tədbirlərini müəyyən etmək rəhbərliyin və Kadrlar Şöbəsinin Direktorunun tam səlahiyyətindədir.

G. Rəhbərliyin Rolu

Rəhbərlik öz əməkdaşlarını RAA/AR-ın qaydalarına uyğun olaraq idarə etməkdə məsuliyyət daşıyır. Rəhbərlik intizam xarakterli tədbirlərdən əvvəl Kadrlar Şöbəsinin nümayəndəsi ilə məsləhətləşməlidir.

Son dəyişiklik oktyabr 2017

XS
SM
MD
LG