Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Hakimiyyətə sayqısızlıqla bağlı qanunu dəstəkləmirlər


İllüstrativ foto
İllüstrativ foto

Rusiyada rəyi soruşulanların yarıdan çoxu (53%) hakimiyyətə sayqısızlıqla bağlı qanuna qarşı çıxırlar. Sorğunu Levada müstəqil mərkəzinin sosioloqları keçirib. Sözügedən qanunu bu yaxınlarda Dövlət Duması qəbul edib, Prezident Vladimir Putin imzalayıb.

Respondentlərin 64 faizi birbaşa deyib ki, qanunun qəbulunda məqsəd hakimiyyətin tənqid olunmasına imkan verməməkdir. Onlar qanunun məmurların və ölkə hakimiyyətinin gəlirləri, sərvətlərinin mənbəyinin şübhə doğurması, deklarasiya olunmamış mülkiyyət, ölkə xaricində mülkiyyət, korrupsiya qalmaqalları ilə eyni vaxtda qəbul olunmasına diqqət çəkiblər.

“SAXTA” XƏBƏR QANUNUNU DƏSTƏKLƏYİRLƏR

Qanunu respondentlərin cəmi 39 faizi dəstəkləyib və onlar da əhalinin əsasən sosial cəhətdən müdafiəsiz hissəsidir, Levada qeyd edir.

Andrei Klishas
Andrei Klishas

Hakimiyyətə sayqısızlıqla bağlı qanun “Klishas qanunları”ndan biidir. Onları senator Andrei Klishas hazırlayıb. İkinci qanun “saxta” xəbərlərin yayılması ilə bağlıdır.

Martın sonunda qüvvəyə minmiş bu qanunlar “insan ləyaqətini və ictimai əxlaqı təhqir edən, cəmiyyətə, hökumətə, Rusiya Federasiyasının dövlət simvollarına, konstitusiyasına, dövlət orqanlarına açıq sayqısızlıq sərgiləyən” informasiyanın yayılmasına görə 100 min rubl cərimə nəzərdə tutur. Bu maddəni ikinci dəfə pozmağa görə 200 min rubl cərimə və 15 sutkayadək cəza kəsilə bilər.

“Saxta” xəbərlərin yayılmasına görə vətəndaşlar üçün 30 mindən 100 min rubladək cərimə, vəzifəli şəxslər üçün 60 mindən 200 min rubladək, hüquqi şəxslər üçün 200 min-500 min rubl cərimə nəzərdə tutulur. Qanun həmçinin Roskomnadzorun göstərişilə belə xəbərlərin “dərhal silinməsi”ni tələb edir.

Saxta xəbərlərlə bağlı qanunu isə respondentlərin 55 faizindən çoxu dəstəkləyib. Levada mərkəzinin sosioloqu Denis Volkov bunu belə izah edir ki, bu qanunu adamlar media və sosial şəbəkələrdəki “informasiya axınından qorunma” kimi qəbul edirlər. Onun sözlərinə görə, hakimiyyətə qarşı “adamlarda allergiya var” və bu səbəbdən hakimiyyətin təhqirilə bağlı qanunu siyasətçi və məmurların özlərini tənqiddən qoruması kimi yozurlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG