Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 12:10

İranda daha çox kənd və şəhər boşaldılır


Daşqın bölgəsi

İran hakimiyyətin ölkənin cənub-qərbində daşqınlardan ziyan görmüş daha çox şəhər və kəndin boşaldılması göstərişi verib.

Martın 19-dan yağan leysan yağışlar İranın 31 vilayətindən 26-da daşqınlara səbəb olub. Azı 70 nəfərin həlak olduğu bildirilir.

Neft çıxarılan Xuzestan vilayəti daşqınlardan daha çox ziyan görüb.

Vilayət valisi Gholamreza Shariati aprelin 6-da IRNA xəbər agentliyinə deyib ki, altı şəhər “mümkün qədər tez boşaldılmalıdır”, çünki hökumət daşmaq üzrə olan böyük bəndlərdən suyu buraxmağa hazırlaşır.

Shariati xilasedicilərin sakinləri yaxınlıqdakı sığınacaqlara, ordu kazarmalarına apardığını söyləyib.

İran mediası Əhvaz şəhəri yaxınlığında yerləşən Hamidiehdən 2 mindən artıq sakinin ordu kazarmalarına köçürüldüyünü bildirir.

İranın Daxili işlər naziri Abdolreza Rahmani Fazli xəbərdarlıq edib ki, fövqəladə vəziyyət elan olunmuş Xuzestandan 400 minədək adam daşqının təsirinə məruz qala bilər.

Bu, son on ilin ən ağır daşqınları sayılır. Qəzəbli sakinlər hökumətin böhrana adekvat reaksiya vermədiyini deyərək etirazlara çıxıblar.

XS
SM
MD
LG