Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 09:00

Trump-ın vergi hesabatları ‘heç vaxt’ açıqlanmayacaq


Mick Mulvaney

Prezident Donald Trump-ın işlər idarəsinin rəisi deyir ki, demokrat konqresmenlər Trump-ın vergi deklarasiyasını “heç vaxt” görməyəcəklər.

Mick Mulvaney aprelin 7-də Fox News-un “Sunday” televiziya proqramına deyib ki, Konqresdəki demokratların Trump-ın vergi hesabatını açıqlamaq çağırışları “siyasi fırıldaq”dır.

Nümayəndələr Palatasının komitə sədri, demokrat Richard Neal Daxili Gəlir Xidmətinə Trump-ın altı illik şəxsi gəlir hesabatını Konqresə təqdim etmək üçün rəsmən sorğu göndərib.

Neal bildirir ki, şəffaflıq və hesabatlılıq naminə 2013-2018-ci ilin əhatələyən hesabatlar aprelin 10-dək açıqlansın.

“Bu baş verməyəcək və bunu bilirlər”, – Mulvaney söyləyib.

Mulvaney iddia edib ki, ABŞ qanunvericiliyi Konqresin fərdi gəlir hesabatlarını bəzi səbəblərdən nəzərdən keçirməsinə imkan verir, amma “siyasi mövqedən zərbə həmin səbəblərə daxil deyil”.

Trump-ın vəkilləri də iddia edirlər ki, Demokratların xahişinə əməl olunarsa, bu, “təhlükəli presedent yaradar”.

Trump 2016-cı ildə prezidentliyə namizəd kimi vergi hesabatlarını açıqlamayıb və bununla uzun illər oturuşmuş ənənəni pozub.

XS
SM
MD
LG