Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:11

Etik Jurnalistikanın Prinsipləri


"Azadliq Radiosu", Azerbaijani service, logo
"Azadliq Radiosu", Azerbaijani service, logo

RAA/AR-ın bir xəbər təşkilatı kimi etibarlılığı və effektivliyi auditoriyamızın bizə olan etibarından asılıdır. Bu səbəbdən də biz etik jurnalistika prinsiplərinə ciddi riayət edirik.

Biz missiyamızı açıq bəyan edirik: demokratik dəyərləri və institutları təbliğ edən müstəqil jurnalistika təmin etmək, və hər cür dözümsüzlüklə mübarizə aparmaq. Biz ABŞ Konqresinin qrant dəstəyi ilə maliyyələşdirilirik və informasiyanın azad yayımının məhdudlaşdırıldığı və ya tam formalaşmadığı 23 ölkədə "surroqat" (yardımçı) azad mətbuat kimi xidmət edirik.

Eyni zamanda, yerli hökumətlərin və ekstremistlərin təzyiqlərinə baxmayaraq, biz işimizin peşəkar, balanslı və ən yüksək jurnalistika standartlarına uyğun olmasını tələb edən qanunlara hörmətlə yanaşırıq.

Bizim məqsədimiz insanların bilavasitə yaşadıqları mühitdə əldə edə bilmədiklərini təmin etməkdir: senzurasız xəbərlər, məsuliyyətli müzakirə və açıq diskussiya.

Biz balanslı jurnalistikanı həqiqətə neytrallıq kimi qəbul etmirik. Müzakirədə bir tərəf faktları təhrif edirsə, etik jurnalistika məlumatın yanlış olmasını bəyan edərək, faktiki olaraq doğru olanı göstərməyi tələb edir.

Öz fəaliyyətimizdə dürüstlükdə, və aşkar olunan səhvlərimizi düzəltməkdə israrlıyıq.

İşimizdə humanistliyi əsas tuturuq, və xeyriyyəçilik və tolerantlığı dəstəkləyirik. Auditoriyamıza hörmət edirik və rəyini dinləyirik.

Biz məlumat mənbələrimiz barədə şəffaflığı təmin edirik. Mənbənin anonimliyi yalnız onun üçün təhlükə yarandığı, məlumatın əhəmiyyətli olduğu və eyni zamanda başqa yollarla əldə edilə bilinmədiyi hallarda təmin edilir. Gizli qaynaqlara istinad edərkən, qaynağın hansı səbəbdən anonimlikdə israr etdiyini və qaynağın sözügedən məlumatları bilməsi üçün hansı real imkanlara malik olmasını mümkün olduğu qədər təsvir edirik.

Biz müsahibələr üçün ödəniş etmirik və müsahibə verənlərdən ödəniş almırıq. Bu ödəniş və hədiyyələrin bütün növlərinə aiddir.

Bizim yayımladığımız və dərc etdiklərimiz sakit və təmkinli tərzdədir, sivil, əsaslandırılmış müzakirə nümayiş etdirir və insanların hüquq və azadlıqlarına hörmət etməyi təbliğ edir.

RAA/AR, yayım dairəsinin daxilində və ya xaricində olmasından asılı olmayaraq, hər hansı bir hökumətdən, siyasi partiyadan, müxalifət qrupundan, mühacir təşkilatından, iqtisadi və ya digər xüsusi maraq təşkilatından və ya dini qurumdan müstəqil olaraq fəaliyyət göstərir.

RAA/AR-ın bütün əməkdaşlarından aşağıda qeyd edilən məqamlardan qaçınmaq üçün diqqətli davranmaları gözlənilir:

  • qərəzlilik, qeyri-obyektivlik, tərəflilik, haqsızlıq;
  • şəxsi mənfəətləri üçün RAA/AR-da mövqelərindən istifadə etmək;
  • hər hansı bir şəxsə və ya təşkilata qarşı imtiyazlı münasibət və ya qanunsuz ayrı-seçkilik;
  • intihal (plaqiat) və ya Şirkətin əməliyyatlarında nadürüstlük.
XS
SM
MD
LG