Radio Azad Avropa / Azadlıq Radiosunun (RAA/AR) (Radio Free Europe / Radio Liberty (RFE/RL)) missiyası azad mətbuatın tam olaraq qurulmadığı və ya hökumət tərəfindən qadağan edildiyi ölkələrdə xəbərləri çatdırmaqla demokratik dəyərlərin və demokratik institutların inkişına xidmət etməkdir. RAA/AR jurnalistləri bir çox insanın bilavasitə yaşadıqları mühitlərdə əldə edə bilmədiklərini – senzurasız xəbərləri, məsuliyyətli müzakirəni və açıq diskussiyanı təmin edirlər.
AzadlıqRadiosunun missiyası azad medianın qadağan edildiyi, onun hələ formalaşmadığı ölkələrdə xəbərlər yaymaqla demokratik dəyərləri və institutları dəstəkləmək, insan haqlarını qorumaqdır. AzadlıqRadiosunun əməkdaşları əhalinin yerli mediadan ala bilmədiklərini, senzurasız xəbərləri və açıq debatları təqdim edirlər. AzadlıqRadiosu hər hansı mümkün təsir və maneələrə baxmayaraq, obyektiv jurnalistikanın ən yüksək standartlarını tətbiq etməyə çalışır, faktları olduğu kimi çatdırır.
Demokratiyanın ilk və əsas şərtinin məlumatlı cəmiyyət olması inamını əsas götürərək:
- RAA/AR-ın müstəqil jurnalistikası sağlam demokratiya və azad bazar münasibətlərinin təmin edilməsi üçün vacib olan ədalətli və obyektiv xəbərləri, təhlili, həmçinin yerli, regional və beynəlxalq məsələlərin müzakirəsini təmin edir.
- RAA/RA demokratik və plüralist dəyərləri tətbiq etməklə vətəndaş cəmiyyətlərini gücləndirir.
- RAA/AR hər cür dözümsüzlüklə mübarizə aparır və xalqlar arasında qarşılıqlı anlaşmanı təşviq edir.
- RAA/RA yerli media üçün bir model təmin edir, media peşəkarlığı və müstəqilliyini artırmaq üçün təlimlərdə kömək edir və yerli KİV-lərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirir.