Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:14

'Diqlas'da obyekti olanlara pul ödənişinə başlanıb


"Diqlas" ticarət mərkəzində yanğın
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

"Diqlas" ticarət mərkəzində yanğın

«Diqlas» Ticarət Mərkəzində fəaliyyət göstərən iş adamlarına maddi yardım göstərilməsinə başlanır.

Orada mağaza və ya anbar icarə götürənlərə 10 min, piştaxta sahiblərinə isə 2 min manat həcmində təzminat ödəniləcək.

İqtisadiyyat Nazirliyinin bu qərarı artıq Hüquqi Aktların Dövlət Reyestrində yer alıb.

İqtisadiyyat naziri Şahin Mustafayev isə deyib ki, ziyan tam olaraq müəyyən ediləndən sonra ödəniləcək.

Ş.Mustafayevin vurğulamasına görə, yanğından zərər çəkən sahibkarlara kompensasiya çərçivəsində ilkin ödənişlərə bu gün, aprelin 5-dən başlanmalıdır.

Sahibkarlar ərizə ilə müraciət edərək, «Kapital Bank» ASC və ya «Azər-Türk Bank» ASC kartları vasitəsilə bu xidmətdən yararlana bilməlidirlər.

Verilən məlumata görə, banklar kartları və xidmətlərini pulsuz təqdim edəcəklər, heç bir komissiya tutulmayacaq.

Xatırlatma

Martın 26-da səhər saat 8 radələrində «Diqlas» Ticarət Mərkəzində yanğın başladığı açıqlanmışdı. Nəticədə həm dördmərtəbəli mərkəz, həm də ona bitişik bir sıra binalar yanmışdı. 10-dan çox şəxsin xəsarət gördüyü bildirilirdi. Rəsmi qurumlar yanğının baş vermə səbəblərini araşdırırlar.

Diqlas TM sahibkarları narazılıq edirlər
Gözlə

No media source currently available

0:00 0:08:45 0:00

Mərkəzdə mağazaları olan sahibkarlar onlara ciddi şəkildə ziyan dəydiyini açıqlayıblar. Onların bəziləri hətta 80 min manatlıq mallarının yandığını iddia etmişdilər. Sahibkarların bir çoxunun, üstəlik, mallarının sığortası olmayıb. Ümumilikdə 400-dən çox şəxsə ziyan dəydiyi bildirilir.

Martın 29-da isə prezident İlham Əliyev həmin yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədilə sərəncam verib.

Sərəncamla 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Nazirlikdə «Diqlas» Ticarət Mərkəzində mağazaları yanan sahibkarlarla bağlı İşçi qrup da fəaliyyət göstərir.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, artıq İşçi qrupda sahibkarların fərdi qəbulu başa çatıb. «...441 sahibkar fərdi qaydada qəbul edilib. Qəbul zamanı 381 sahibkar 15 milyon manatadək güzəştli kreditə ehtiyacının olduğunu bildirib», - məlumatda yazılıb.

Məlumatda habelə vurğulanırdı ki, aparılmış müzakirələr nəticəsində əldə edilmiş razılığa əsasən, sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 7 ticarət mərkəzində 680-yə yaxın ticarət obyekti təklif olunub. Bu istiqamətdə işlərin getdiyi qeyd olunurdu.

+++

Bu xəbər sayta hazırlanarkən aldığımız məlumata görə, bu gün, aprelin 5-də artıq bəzi sahibkarlar ərizə ilə müraciət edərək, ilkin yardımlarını alıblar.

Multimedia

XS
SM
MD
LG