Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Britaniya Breksitin iyunun 30-dək yubadılmasını istəyir


Parlament qarşısında etirazçılar
Parlament qarşısında etirazçılar

Britaniyanın Baş naziri Theresa May Avropa Şurasının Prezidenti Donald Tusk-a məktub yazaraq Breksitin iyunun 30-dək yubadılmasını istəyib.

Britaniya Avropa Birliyindən aprelin 12-də çıxmalıdır və parlament ayrılma üzrə sazişi hələ də təsdiqləməyib.

May məktubunda yazır ki, deputatlar sazişi vaxtında təsdiqləyərlərsə, Britaniya qurumdan 23 may Avropa parlament seçkilərindən öncə çıxa bilər.

Amma onu da əlavə edir ki, razılaşmanın əldə olunmayacağı ehtimalını nəzərə alaraq, Britaniya seçkiyə namizədlərini də hazırlayacaq.

Theresa May (solda) və Donald Tusk
Theresa May (solda) və Donald Tusk

Bundan öncə yayılan xəbərlərə görə, Tusk AB-nin May-ə “çevik” uzadılma təklif edəcəyinə çalışır. Məlumatlara görə, Tusk bu planı “ən məntiqli çıxış yolu” hesab edir və aprelin 10-dakı sammitdə liderlərə deyəcək ki, bu halda onlar bir neçə həftədən bir Breksitin yubadılmasını müzakirə etməli olmayacaqlar.

***

Breksiti 12 aylıq ‘çevik’ uzatma təklifi

Avropa Şurasının Prezidenti Donald Tusk təklif edir ki, Britaniyanın Breksit tarixi 12 aylığa “çevik” uzadılsın. Bunu BBC bu gün – aprelin 5-də Avropa Birliyində yüksəkçinli mənbəyə istinadla yazıb.

Plana görə, ölkə parlamenti sazişi ratifikasiya edərsə, Britaniya birlikdən daha tez çıxa bilər. Ancaq bu plan gələn həftə gözlənən sammitdə AB liderləri tərəfindən razılaşdırılmaılıdır, BBC yazır.

AB-dən ayrılmaq üzrə sazişi deputatlar üç dəfə rədd ediblər. Bundan sonra Baş nazir Theresa May müxalifətdə olan Leyboristlərin lideri Jeremy Corbyn-i böhrandan çıxış yolu tapmaq məqsədilə parlamentdə danışıqlara çağırıb.

May bu həftənin əvvəlində deyirdi ki, Breksitin yubadılması üçün mövcud 12 aprel tarixindən “mümkün qədər qısa” tarix əldə etməyə çalışacaq.

Baş prokuror Geoffrey Cox isə BBC-yə deyib ki, Mühafizəkarlar və Leyboristlər arasında danışıqlar alınmazsa, yubanma “görünür, uzun çəkəcək”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG