Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:57

Qadınlar ‘hər yerdə’ kişilərdən çox yaşayırlar


Arxiv fotosu
Arxiv fotosu

Əsrin əvvəlindən bəri dünyada orta ömür uzunluğu 5 il yarım artıb. Qadınlar isə “hər yerdə” kişilərdən çox yaşayırlar. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) aprelin 4-də bu haqda hesabat yayıb.

“İstər qətl olsun, istər yol qəzası, intihar, ya da ürək-damar xəstəliyi – kişilərin göstəriciləri qadınlarınkından pisdir”, – ÜST-nin Ümumdünya Sağlamlıq Statistikası İcmalı 2019-un əsas müəllifi Dr. Richard Cibulskis deyib.

Orta ömür uzunluğu 66,5 ildən 72 ilə qalxıb. Bundan başqa tədqiqatlar üzə çıxarıb ki, “sağlam” ömür uzunluğu – fərdlərin tam sağlam yaşadığı illərin sayı 2000-ci ildə 58,5 il olubsa, 2016-cı ildə 63,3 ilə yüksəlib.

SƏBƏBLƏR

Qadınlarla kişilərin ömür uzunluğundakı fərqin bir səbəbi kimi onların tibbi xidmətə fərqli yanaşmaları göstərilir.

Arxiv fotosu
Arxiv fotosu

Məsələn, HIV(İİV) epidemiyası yayılan ölkələrdə kişilər qadınlardan fərqli olaraq “HIV yoxlamasından keçməyə meylli olmurlar, antiretrovirus müalicəsinə getmirlər və AIDS-lə bağlı xəstəliklərdən qadınlardan daha çox ölürlər”.

Vərəmdən əziyyət çəkənlərdə də durum oxşardır, kişi xəstələr müalicəyə çox həvəs göstərmirlər. Hesabatın daha bir tapıntısı – ölümə səbəb olan 40 xəstəlikdən 33-ü kişilərin ömrünü daha çox qısaldır.

Dünyada intihar göstəriciləri də kişilər üzrə qadınlardan 75 faiz artıqdır. Yaşı 15-dən yuxarı kişilər yol qəzalarında qadınlardan iki dəfə artıq həlak olurlar. Qətlə yetirilən kişilərin də sayı qadınlardan dörd dəfə çoxdur.

Qadınların tibbi xidmətə çıxışının olmadığı yerlərdə isə kişilərlə qadınların ömür uzunluğundakı fərq xeyli azalır. ÜST-dən Dr. Samira Asma ana ölümlərinin qadınların ömür uzunluğunu qısaldan səbəblər içində öndə getdiyini bildirir.

Hesabata görə, inkişaf etməkdə olan ölkələrin hamısında hər min nəfərə 4-dən də az tibbi bacısı və mamaça düşür.

Ömrün uzanmasında gəlirin də rolu güclüdür. Azgəlirli ölkələrdə bu, daha aydın görünür. Bu ölkələrdə yüksək gəlirlilərdən fərqli olaraq, adamlar ortalama 18,1 il az yaşayırlar. Üstəlik, hər 14 uşaqdan biri beş yaşına çatmamış ölür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG